13:27 / 16-09-2025
Sabah yağış yağacaq
İlin ikinci Günəş tutulması baş verəcək
Tarix: 16-09-2025 11:42 | Bölmə: Slayd
İlin ikinci Günəş tutulması baş verəcək

Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır. 

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünsə də, Azərbaycan ərazisindən müşahidə olunmayacaq.




Bölməyə aid digər xəbərlər