DÇ-2022: Fransa 1/2 finala yüksəlib
Tarix: 11-12-2022 01:03 | Bölmə: Xəbərlər / İdman
DÇ-2022: Fransa 1/2 finala yüksəlib

Dünya çempionatının 1/4 finalında bu gün İngiltərə ilə Fransa yığmaları qarşılaşıb.

Reyting.az
xəbər verir ki, oyunun 17-ci dəqiqəsində Fransa yığmasından Orelyen Çuamen hesabı açıb - 0:1

54-cü dəqiqədə ingilislər penaltidən hesaba tarazlıq gətirib - 1:1.

 78-ci dəqiqədə Olivye Jiru fransızları yenə önə çıxarıb - 1:2.

83-cü dəqiqədə ingilislər daha bir penalti zərbəsini yerinə yetirə bilməyib. Top qapının üstündən keçib.

Beləliklə, oyun bu hesabla başa çatıb və ingilislər yarışa vida edib.

Xatırladaq ki, Fransa 1/2-də Mərakeşlə qarşılaşacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}