DÇ-2022: Xorvatiya 3-cü olub
Tarix: 17-12-2022 20:54 | Bölmə: Xəbərlər / İdman
DÇ-2022: Xorvatiya 3-cü olub

Bu gün dünya çempionatında 3-cü yer uğrunda Xorvatiya ilə Mərakeş yığmaları üz-üzə gəliblər.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunun 6-cı dəqiqəsində xorvatlar hesabı açıb - 1:0.

8-ci dəqiqədə isə Mərakeş hesaba tarazlıq gətirib - 1:1

41-ci dəqiqədə xorvatlar daha qol vurub - 2:1

İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə isə hesab dəyişməyib - 2:1.

Beləliklə, oyun bu hesabla bitib və Xorvatiya 3-cü yerin qalibi olub.

Xatırladaq ki, komandalar meydana aşağıdakı start heyətlə çıxıb.

Xorvatiya: 
1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç

Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}