23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Əzrayılın taym-autu - A. Müzəffərli yazır
Tarix: 02-03-2019 12:47 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(Hekayə)
Həftənin altı gününü məhbəsdəydi. Bəzən istirahət günlərində də bu taleyi yaşamaq məcburiyyətindəydi. Sifariş çox olanda bazar günü də işləyirdilər. Yox, heç bir cinayətkarlıqdan söhbət belə gedə bilməzdi. Sadəcə, iş yerində özünü eynilə türmədəki kimi hiss edirdi. Həssas, qanan adamların çoxusunun başına gələn işdi. Onun da qisməti belə gətirmişdi.
Çalışdığı kollektiv on-on beş nəfərdən ibarətdi. Uzun illərdi bir yerdə işləyirdilər. Bir-birinin cikinə də, bikinə də dərindən bələddilər. İş yoldaşlarının əksəriyyəti ya çuğulluq azarına tutulanlar, ya da instinqdən bir addım da olsun uzaqlaşa bilməyənlərdi. Bəziləri bəsit kənd fəndgirliyinin ətəyindən əl çəkmək fikrindən tamam uzaqdılar. Dar çərçivədən kənara çıxmaq onlarlıq deyildi. Bir qismi lap yal adamıydı, mətbəx siçovullarından qətiyyən fərqlənmirdilər. Bütün bu mənəvi eybəcərliklərinə baxmayaraq özlərini ları xoruz kimi dartmaqdan, öyməkdən isə yoruldum demək bilimirdilər. Bir-birinin dalınca döşəməkdən ötrü də sinov gedirdilər. Xislətlərinə münasib üç-üç, dörd-dörd qruplaşmışdılar da. Vəziyyətə uyğun olaraq bu qruplar arasında transferlər ara vermirdi. Bəziləri bu işdə lap püxtələşmişdi; gün ərzində bir neçə dəfə yerdəyişməyə müvəffəq olurdu. Elələri də vardı ki, qulaq falına çıxmaqda, əlaltından məlumat toplamaqda, hətta, peşəkar kəşfiyyatçılar belə onlara həsəd apara bilərdilər. Bu xəstəlik qanlarına yerimişdi. Belələrinin çöhrəsində nə insanlıq, nə də kişilikdən əsər-əlamət yox idi. Bəlkə də, inanmayacaqsınız, hərəsinin də əl boyda diplomu vardı. Təsəvvür edirsiniz, hamısı ali savadlıydı. Di gəl, tək-tükünü çıxmaq şərtilə böyük mətləblər onlarlıq deyildi. Azlıq təşkil edən babat kəslər də onların arasında bir növ it-bat olmuşdu.
Günü qaraydı. Əlacsızdı. Bu vəziyyətdən çıxış yolu tapmaqda Hikmət acizdi. Əvvəllər bir təhər duruş gətirsə də, indi səbri tükənmişdi. Əksər hallarda nəfəsi daralırdı. Bir parça çörək naminə insanlıqdan uzaq bu mühitə dözmək məcburiyyətindəydi. Əlindən başqa iş gəlmirdi. Hər gün nəinki dəqiqələri, hətta, saniyələri sayırdı ki, iş günü tezliklə başa çatsın.
Günlərin birində səbri də tükəndi. Dünya ona dar gəldi. Heç cür gözünə yuxu getmirdi. Yerindəcə çapalayırdı. Yenə də işə getmək lazım gələcəyindən səhərin açılmasını istəmirdi. Qəlbi köksünə sığmırdı, partdam-partdamdaydı. Tıncıxdı. Qaranəfəsə bir göz qırpımında ömür kitabını axıracan səhifələdi. Sonuncu səhifəyə çatanda gözləmədiyi halda ona sarı qaba bir əl uzandı. Karıxsa da, anındaca Tanrının dadına yetdiyinin mahiyyətinə vardı. Artıq ömür kitabının son səhifəsindən Əzrayıl mənalı-mənalı, amma bir qədər incik halda gözlərini ona zilləmişdi. Hikmət tələm-tələsik onunla köhnə dostlar təkin ikiəlli görüşdü. Qəribə də olsa, sevincinin həddi-hüdudu yoxdu. Sandı ki, nəhayət, bu cansıxıcı həyatdan birdəfəlik qurtulur. Amma nə faydası, Əzrayılın ağzını açmağı ilə kefinə soğan doğramağı bir oldu:
- Tələsmə, lap çiçək açmısan... Yanılırsan, bu, başa vurduğun sənin ömür kitabının birinci hissədir, unutma, tən yarını təzəcə keçmisən... Nə əcəb, yaddan çıxarmısan ki, axı, sizin nəsildə kişilər ya doxsandan bir qədər az, ya da bir qədər çox ömür sürürlər... Lap dəng eləmisən məni, qulaqlarım ara vermədən cingəldəyir... Gəldim sənə birdəfəlik xəbərdarlıq eləyim ki, bir də xam xəyala düşməyəsən! Hələ sənin vaxtına çox qalıb. Üzrlü say, vaxtım dardı, mən getdim... Xeyli müştərilərim səksəkədə məni gözləyir, günaha bata bilmərəm, hələlik...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır