15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Şallağa gəl, şallağa - A. Müzəffərli yazır
Tarix: 14-01-2019 12:43 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(Hekayə)
Yol polisinin gecəsi-gündüzü yox idi. Bütün heyət ayağa qaldırılmışdı. Tapşırıq beləydi; kimliyindən asılı olmayaraq istər sürücülər, istərsə də piyadalar bir nəfər kimi yol hərəkəti qaydalarına əməl etməliydi. “İslahatçılar qrupu”nda xaricdə təhsil alanlar, beynəlxaql təcrübəni görüb-götürənlər, bu sahədə illərlə zəngin təcrübə toplayanlar cəmləşmişdi. Özlərinə əl qatmışdılar, bütün günü yollardaydılar. Onların tövsiyyələri əsasında qısa müddətdə şəhərdəki nahamar yollar asfaltlanmış, səkilər qaydasına salınmış, yeni yol nişanları, işıqforlar quraşdırılmış, hərəkətin gur yerlərində yeraltı və yerüstü piyada keçidləri, həmçinin, piyadalar üçün zolaqlar araya-ərsəyə gətirilmişdi. Dövlət bütün bunlara xalqın bir ətək pulunu xərcləmişdi. Di gəl, camaatın əksəriyyəti yolu dədə-baba qaydasınca keçməyindəydi; köhnə hamam, köhnə tas. Yenə də sürücülərə şükür, piyadaların əvvəlki təkin Araz aşıqlarından, Kür də topuqlarından idi.
Qanun keşikçiləri növbəti iclasda da “piyada səddi”ni aşmağın yollarını arayırdılar. Bu toplantıya yol polisinin say-seçmə əməkdaşları qatılmışdılar. Bircə nəfərdən – uzun illər boyunca bu sistemdə vicdanla çalışan yaşlı serjantdan başqa hamı dil-dil ötürdü. Di gəl, heç cür mətləb üstə gələ bilmirdilər. Qəflətən rəis sözü bayaqdan səbirlə həmkarlarını dinləyən bu əməkdaşa - serjanta verdi. Həmin nurani kəs özünü toparlayaraq kimsənin yuxusuna belə girməsi mümkün olmayan təklifini irəli sürdü:
- Fikrim aydın olsun deyə birbaşa mətləbə keçirəm. Hamıya bəllidir ki, münbitliyini itirən torpaqdan bol məhsul götürmək, dəryada əllə balıq ovlamaq sevdasından qətiyyən fərqlənmir. Gərək, əvvəlcə həmin torpağı ilkin normal vəziyyətinə gətirəsən ki, oranın bəhəri də istəyincə olsun. Bu baxımdan aylarla çalışsaq da, piyadaları dinə, iman gətirə bilmirik ki, bilmirik. Bundan sonra lap göyə də dırmaşsaq da, köklü şəkildə heç nə dəyişməyəcək. Zənnimcə, bunları yola gətirməyin bircə yolu var, şallaq. Təklifim sizə qəribə gələ bilər, amma mənim qənaətimcə, hələ də yerlərində təpik döyən belə kəsləri nuh əyyamına qaytarmaqdan başqa çarə yoxdu.
Təklif səslənər-səslənməz salondakılar özlərinə bir əl qatdılar ki, gəl görəsən. Kimisi qəhqəhə çəkib səsini başına atdı, kimisi atmacasından qalmadı, kimisi də zənguləyə keçdi.
- A kişi, 21-ci əsrdi ey, sən nə danışdığını heç anlayırsan?! Əcnəbiləri bizə güldürmək istəyirsən?! Onsuz da çıraqla bəhanə gəzirlər, qaraguruhlarından qulaq tutular e...
- Guya indi ağızlarına su alıb lal-kar olublar ki... Yeri gəldi-gəlmədi bizə qarşı cəfəngiyyat yağdırmırlar bəyəm?! Bizim piyadaların xeylisi də qayda-qanuna əməl eləmək əvəzinə güc veriblər dillərinə. Ağızlarını qoyublar Allah yolunda, hara desən, şikayəti, şikayət dalınca kökləyirlər... Mən qandığımı dedim... Məsləhət sizindi...
Bu dəfəki iclas da nəticəsiz qaldı. Yol polisləri az qala başlarını itirmişdilər, daha neyləyəsiydilər. Qanun daxilində əl atmadıqları nəsnə qalmamışdı. Hiss olunacaq irəliləyişdən söhbət belə gedə bilməzdi. Bir növ kor-peşiman vəziyyətdəydilər. Di gəl, geriyə də yol yoxdu. Çıxış yolu mütləq tapılmalıydı, nəyin bahasına olursa, olsun. Bir sözlə, yol polisləri elliliklə Ələddinin “sehrli çırağı”nın axtarışındaydılar.
Aylar bir-birini əvəzləsə də, müsbət dəyişikliklərdən söhbət belə gedə bilməzdi. Nə işıqfora, nə də piyadalar üçün keçid və zolaqlara kimsə əhəmiyyət vermirdi. Sanki, uzaq dağ kəndində yol keçirdilər, avtomobillərə məhəl qoymadan. Elə bil yazılmamış qanundur, yol həmişə piyadalarındır. Nə boynuna metrəyarımlıq qalstuk keçirənləri, nə ağsaqqalı, ağbirçəyi, nə də gənc, yeniyetmə və uşaqlar yol hərəkəti qaydalarını qətiyyən veclərinə almırdılar. Ədalət naminə, bəlkə, haradasa, hər min nəfərdən təqribən beş-altısı yolu ədəb-ərkanla keçirdi. Adamın gözlərinə inanmağı gəlmirdi, sanki, onlar da göydən zənbillə düşənlər, yad planetlərdən təşrif buyuranlardı. Belələrinə rişxəndlə baxanlar da tapılırdı. Bəzi piyadaların ədası isə heç yerə, göyə də sığmırdı. Bu cür özündən razılar yolu keçəndə adamın lap əti tökülürdü. Tövrlərindən belə çıxırdı ki, deyəsən, cümlə-cahanı bunlar yaradıblar. Nəinki maşınlar, hətta, bütün canlılar onlar yoldan ötəndə farağat dayanmalıdırlar. Belələrinin əksəriyyətinin məhz qadınlar olması isə adamı az qala cin atına mindirir. Gur yağışlı günlərdə bir addımlıqdakı piyada keçidini qoyub, saymazcasına yolu keçərkən üst-başları çamura bulaşanların sürücülərə olmazın söyüşlər yağdırmalarından isə danışmağa dəyməz.
Cərimə cərimə dalınca gəlsə də, xeyri yoxdu. İnzibati tənbeh tədbirləri də bunlara kar eləmirdi. Yol polisinin piyadalar üçün məxsusi hazırladığı, üç cüt, bir tək yol hərəkəti qaydasından ibarət kitabçaya yaxın düşən də yoxdu. Havayı paylayırdılar, götürən tək-tükdü, o da, xala-xətrin qalmasın. Cərimə ödəməyə pulları yoxdu deyə hayqırtı vuranlar əl boyda bu kitabçalara yiyə durmaqdan vaz keçirdilər. Hələ yol polisini günahkar çıxarmağa cəhd göstərərək onlarla əlbəyaxa olanlar da tapılırdı. Ələlxüsus da, belələri arasında “ağsaqqallığını” bəhanə gətirib səsini başına atanlar üstünlük təşkil edirdi. Bu hələ harasıdır, yol polisindən haqsız şikayətlər saya gəlmirdi. Yolu adam kimi keçmək əvəzinə min bir əziyyətə qatlaşaraq beynəlxalq təşkilatlara, məhkəmələrə də müraciət edənlər kifayət qədərdi.
Bütün bunlara rəğmən yol polisi əməkdaşları ruhdan düşmürdülər, gecələrini gündüzlərinə qatmışdılar. Rəis də sözün yaxşı mənasında inadkarın biriydi, prinsipiallıqda dədəsinə də güzəştə gedən deyildi. Di gəl, bir il keçsə də, ortalıqda irəliləyişdən xəbər-ətər yox idi. Sonda əlacsızlıqdan yaşlı serjantın irəli sürdüyü təklifin üstə dayanmaqdan başqa çıxış yolu qalmadı. Bunu da sınamaq qərarına gəldilər. Hökumətlə birtəhər dil tapıb işə girişdilər.
Sifarişlə ölkəyə xeyli şallaq gətirildi. Bundan başqa cağbacağ söyüd və nar çubuqları da tədarük olundu. Gündəlik dolanışıq üçün qəbirstanlıqlarda qismətini arayan mollalarla da sövdələşmələr aparılaraq islahatın “növbəti mərhələsi”nə start verildi. Qərara alındı ki, qayda-qanuna məhəl qoymayan heç bir sürücü və on səkkiz yaşdan yuxarı piyadaya güzəşt edilməyəcək. İlk dəfə qaydanı pozan kişilərə üç şallaq cəza kəsiləcək. Yolu necə gəldi keçməkdə davam edən qadınların əlləri isə söyüd və ya nar çubuqları ilə beş dəfə döyəclənəcək. Təkrarən qaydanı pozanların cəzası hər dəfə ikiqat artırılacaq.
Aradan heç bircə həftə ötməmişdi ki, xeyli evlərdə xörək üzünə həsrətdilər. Şallaq zərbələrindən yanpörtü gəzən kişilərin sızıltısı da söyüd və nar çubuqlarından əlləri cadar-cadar olan qadınların mələrtisinə qarışmışdı. Bu minvalla cəmi bir ay ərzində yol hərəkəti qaydalarına məhəl qoymayanların sayı heçə endi. Vəziyyət tamamilə dəyişdi, hətta, tam mübaliğəsiz, yəqinki, Qərbin ən inkişaf eləmiş ölkələrində də bu qədər dəqiqliklə yol hərəkəti qaydalarına əməl olunmurdu. İndi yol polisinin dərdi tamam başqaydı. Bu dəfə piyadalar onları gözümçıxdıya salmışdılar. Vaxtilə kimsənin yaxın düşmək istəmədiyi yol hərəkətinə dair kitabçalar mataha dönmüşdü. Sifariş o qədər çox idi ki, çap eləyib çatdıra bilmirdilər. Tezliklə, şallaq, söyüd və nar çubuqlarının da yol polisinin muzeyində ən dəyərli eksponatlardan biri kimi özünün layiqli yerini tutacağı şəksizdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək