13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
13:17 / 21-11-2024
Türkiyədə azərbaycanlı qadın güllələnib
13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlamenti öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
10:02 / 21-11-2024
BMT rəsmisi: "Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq"
09:58 / 21-11-2024
Akula idmançını parçalayıb
09:51 / 21-11-2024
Vladimir Zelenskinin gizli planı varmış
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
Yemişbaş - Azad Müzəffərli yazır
Tarix: 09-05-2020 12:24 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Təxəyyülünü zəkası itiləyərdi. Özü də kəsərdə nəinki dəryaz ağzı, lap elə ülgücün özü də bunun kölgəsində qalardı. Başının ölçüsü şamama yemişindən azca böyük ola, ya da olmaya. Elə bədəni də başına mütanasibdi. Di gəl, ucsuz-bucaqsız ağıl dəryasıydı, bu sahilindən o biri sahilinə çətinki üzüb keçəydin. Elə ki, qafasını işə saldı, lazım gəlsə ağlı ilə daşı da dələrdi. İstəsə, saman çöpündən kosmosa cığır salmaq belə onun əlində bir içim su kimiydi. Müdriklik etalonuydu. Tanrı təpəsindən töksə də, sərvət içərisində sağa-sola var-gəl eləsə də, cızığından qətiyyən çıxmazdı. Bunun yerinə başqası olsaydı, şəksiz, könlündən Tanrı ilə oturub-durmaq iddiası da keçərdi. Amma o, yolunu azanlardan deyildi, həddini yaxşı bilirdi. Bəndə olduğunu çul düşüb yuxuya gedəndə də unutmazdı. Başından tökən Tanrının özü onu dəfələrlə sınağa çəkmişdi, heç vaxt üzüqara olmamışdı. Göydən Nyutonun başına alma yağsa da, bunun kəlləsinə bir-birindən üstün ideyalar səpələnirdi. O da bunlardan xeyir-bərəkətlisini anındaca qamarlamağın peşəkarıydı. İş orasındaydı ki, yuxuları da çim yağdı. Hövlnak özünü məcburən ayıldıb həmin xəzinədən qamarladıqlarını tezcənə qeyd dəftərinə bəndləyərdi. Bunları ən yüksək əyarlı qızıla çevirmək isə onun üçün çox adi idi, adidən də adi.
Ağlı kəsəndən onu tay-tuşları yarı zarafat-yarı ciddi Yemişbaş çağırardılar. Bu, qafasının uzunsov olmasından irəli gəlmirdi, başı yupyumruydu. Çöhrəsi sarışına, saçları qızılı rəngə çaldığından belə deyərdilər. Valideynləri isə özləri də bilmədən onun adını zərgərdəqiqliyi ilə qoymuşdular – Sərvət. Di gəl, indinin özündə də əksəriyyət, o cümlədən, lap elə doğmaları da onu əsl adı ilə çağırmazdı. O, bunu heç vecinə də almazdı. Əvvəllər onu məsxərəyə tutanlar indi azarkeşinə çevrilmişdilər. Başı baş deyildi, kəlləydi, kəllə. Tapıntıları heyranlıq doğururdu. Dəyər qanununu da çoxdan öz adına möhürləmişdi, bu iddiada olmasa da. Başından aşan sərvətini “sərsəm” ideyaları hesabına qazanmışdı. Onun qənaətincə, tutarlı ideya ağıllı başdan qaynaqlansa da, xəstə təxəyyülün məhsulu olmalıdır. Əsas məsələ sağlam gövdənin üstə sənətkarcasına calaq aparmağın yolunu tapmaqdır, yəni damarı tutmaq. “İnkubator baş” nəyə yarayar, gərək işıq ucunu anındaca dəyərləndirməyin ustadı olasan. Yaxşı bilirdi ki, adamlar həmişə ağlına gəlməyənə, görmədiyinə bəh-bəh deyər, tamsınar, nağılvarı nəmənələrə qucaq açar. Ona çoxdan bəlliydi ki, nağıllar bəzilərinin zəkasına, təxəyyülünə işıq salar, əksəriyyətin isə iştahına. Məhz belələri bər-bəzəkli nə gördü, pul tökər, təki gözünün qurdunu öldürsün, tamahını suvarsın. Pula pul deməyən ərəb şeyxlərinin törəmələri kimilər, gəlirlərindən qırtıb dünyanın canına daraşanlar var ey, Allah onlara bərəkət versin. Köpəyoğlunun gədəsini Tanrı Göydən vızıldatmışdı. Yemişbaş alın təri axıdanların qədrini biləndi. Zərgərdəqiqliyilə dənləyib toplamışdı həndəvərinə. Onlar da arşınına bələddilər deyənə ağzından çıxanı mataha döndərirdilər. Tanrı durmadan təpəsindən tökürdü. Axırda sərvəti özgələrə qismət olan əldənbərklərdən deyildi. Dilənən kimsəyə isə qara qəpiyini də qıymazdı, bunu ən böyük günah sanardı.
Yatıb yuxuya dalmaq onluq deyildi. Əzbər bilirdi ki, biznesin bir addım öndə olmaq və işlək ideyaları sıralamaqdı. Bu dəfəki ideyasına da söz ola bilməzdi. Xəzərin sahilinin beş addımlığında Yeni İl yolkası görkəmində göylərə bülənd olan mehmanxana kompleksi ucaltmışdı. Dünyada bənzəri yoxdu. İndiyə qədərki oxşar layihələri kölgədə qoyacağı bu başdan bəlliydi. Əli cibişdanında olduğundan bu işə say-seçmə mütəxəssis və ustaları cəlb etmişdi. Yeni mehmanxana qış mənzərəsinə bələnmiş kiçik şəhərciyin tən ortasında ucaldılmışdı. Qış turizm mərkəzlərindəki qurğulara bənzər avadanlıqlar ətrafda əsl qış ovqatı yaradacaqdı. Qışda Bakıda təsadüfi hallarda qar yağmasına baxmayaraq həmin mövsümdə bu mehmanxananın ətrafı isə dümağ rəngə çalacaqdı. Sanki tayqada qar içərisində bərq vuran şam meşəsinə düşəcəkdin. Mehmanxana binası da işıq saçacaq, çeşidbə-çeşid oyuncaqlar göz oxşayacaqdı. Buradakı nömrələrdə də nağıllar aləmi hökm sürürdü. Layihə nadirliyi ilə seçilirdi. İdeyanın özəyindəki “hiyləgərlik” bura təşrif buyuracaq turistlərin birbaşa bu əzəmətin göbəyində yaşamaq imkanına malik olmasında idi.
Yemişbaş bununla kifayətlənməmişdi, biznesdə reklamın döyünən qəlb rolu oynadığını həmişəki kimi unutmamışdı. Bu dəfə kimsənin heç yuxusuna da girə bilməyəcək fənd işlətmişdi. Laplandiyaya Şaxta Babaya nəvəsi Qar Qızla birgə Bakıya dəvət məktubu göndərmişdi. Mehmanxananın ən mötəbər nömrəsini də onlara ayırmışdı, əmindi ki, burada qonaqlar özlərini lap evlərindəki kimi hiss edəcəklər. Qısa müddətdə müsbət cavab da almışdı. Üstəgəl, Santa Klaus planetə car çəkmişdi ki, Yeni il bayramının ilk günündə - dekabrın 25-də Bakıya açılış mərasiminə uşaqlar üçün ən say-seçmə oyuncaqlarla dolu boğçalarla gələcək. Ürəyi istəyənlər buyursunlar, körpələrini sevindirməyə tələsənlər mənim bacadan mənzillərinə dürtülməyimi gözləməsinlər. Yemişbaşın tapşırıqlarına uyğun olaraq ardı-arası kəsilməyən turist axınının təşkili üçün hörümcək toru təkin bütün dünyanı əhatə edən təbliğat, reklam işi aparılmışdı.
Nəhayət, arzuladığı gün yetişdi. Bəxtindən dünən axşamdan Bakıya ilk qar da ələnirdi. Yamyaşıl Yeni İl yolkası – mehmanxananın təkrarsız qış mənzərəsi ağuşuna almışdı. Paytaxta dünyanın dörd bir tərəfindən turist axını ara vermirdi. Açılış mərasiminə yalnız yeni mehmanxanada özünə nömrə alanlar qatılacaqdı. Tələbata uyğun olaraq qiymətlər şahə qalxdığından bu, məhdud sayda əsabələrin imkanı daxilindəydi. Yerdə qalanlar yalnız sonrakı günlərdə şam ağacına bənzər mehmanxana və ətrafdakı əsrarəngiz mənzərənin şahidi olacaqdılar. Təbii ki, cibişdanlarını tərsinə çevirmək şərtilə. Layihənin özəlliyi bir də ondaydı ki, bu, məhz cənub şəhərində baş tutmuşdu. Xəbər gəldi ki, ey dili qafil, hələ Yeni İl bayramının ilk günü olmasına baxmayaraq artıq Bakı turist selinə tab gətirə bilmədiyindən qonaqların xeylisi ətraf yaşayış məntəqələrində gecələməyə yer axtarırlar. Belə getsə, turistlərə nəinki Bakı və ətraf qəsəbələrdəki mehmanxana və kirayə evlər yetməyəcək, yəqinki, qonaqların xeylisi Yemişbaşın növbəti möcüzəsi eşqinə rayonlara da üz tutacaq. Sonrakı günlər göstərdi ki, bu həqiqətən belə oldu.
Hava qaralana yaxın qaranəfəsə Santa Klaus doğması Qar Qızla birgə özünü yetirdi. Zarafat deyil, o, Laplandiyadan bura özünün marallar qoşulmuş arabası ilə bir göz qırpımında – saatda on milyon kilometr sürətlə gəlib çıxmışdı. Şaxta Babanın bər-bəzəkli, sehrli əsasını Bakı torpağına basmağı ilə sanki Azərbaycanın paytaxtı dünyanın mərkəzinə çevrildi. Planetin ən bərk gedən televiziya kanalları açılış mərasimindən canlı yayımdaydı. Yemişbaş ekrandan düşmürdü, müsahibəni müsahibəyə calayırdı, ingilis, fransız, rus, alman və digər dilləri tum kimi çırtlayırdı. Turistlər İtaliyanın Qubbio şəhəri yaxınlığında İncino dağının ətəyində quraşdırlan yeddi yüz əlli metrlik Yeni İl yolkasından tutmuş digər belə bənzərsiz layihələrin artıq tarixin arxivinə yola salındığını vurğulamaqdan yorulmurdular. Yemişbaşın layihəsinin tərifi isə tam mübaliğəsiz Tanrının dərgahına yan almaqdaydı. Beləcə istər turistlər, istərsə də yerli sakinlər indiyə qədər görmədikləri kef çəkdilər, mənalı bir ömrə bərabər. Dünya həsəd içindəydi. Necə də olmasın, axı, layihənin təkrarolunmazlığı bir yana, cəmi iki-üç həftə ərzində Yemişbaş transmilli şirkətlərin əksəriyyətinin illik gəlirindən çox qazanc götürmüşdü.
Bakıda turist selinin nisbətən səngidiyi günlərin birində Yemişbaş öz mərkəzi ofisində xəyallar dünyasında süzürdü. Qoltuqlu kürsüyə yayxanmışdı. Növbəti ideyalar ona aman verməsə də, o isə bu dəfə qətiyyən xatirələr aləmindən qopmaq fikrində deyildi. Həmin dəmdə gözləri qarşısında ilk qəpik-quruşunu qazandığı günlər canlandı. Əslində, bu, indiki vəziyyətinə görə xırda-para pul sayıla bilərdi, o vaxtlar üçün isə kifayət qədər böyük məbləğ idi.
İlk gəlirini isə belə qazanmışdı. Kəndlərindəki bostanda dədəsinin qurd-quşu perikdirmək üçün quraşdırdığı uyuq yamanca karına gəlmişdi. Beşinci, ya da altıncı sinifdə oxuyurdu. Yoxsul ailədə dünyaya göz açdığından fəhmini işə salıb pul-para qazanmaq eşqinə düşmüşdü. Bir gün ağlına yerləşdi ki, gəlsənə, bostandakı bu çarmıx görkəmində bir-birinə bənd edilməklə taxta parçalarından düzəldilən müqəvvaya əl gəzdirərək qəşəngcə bəzəsin, sonrasına baxarıq görək bunu necə xırıd eləmək olar. O andaca beyni hərəkətə keçdi. Aha, xoşbəxtlikdən kəndləri magistral yolun beş addımlığında yerləşirdi. Yaxınlıqdakı dayanacaqda da babat yeməkxana fəaliyyət göstərirdi. Gün ərzində kifayət qədər müştərisi olurdu. Bax, burada dincəlməyə üstünlük verənlərə baməzə görkəmə salınacaq uyuqla birgə şəkil çəkdirməyi təklif etmək ilk ağılabatan ideyası oldu. Kənddə qonşuluqdakı imkanlı ailələrdən birinin övladı, həmyaşıdı Zəhmətlə iş birliyi yaratdı. Şəkili çəkməyi ilə çıxarıb yerindəcə müştəriyə vermək imkanına malik fotoaparatı qonşusu aldı, bu, o vaxtlar Yemişbaşın imkanları xaricindəydi. Beləcə ağlı yenicə kəsməyə başlayandan əli çörəyə yetdi. İndiki kimi yadındaydı, uyuğun yuxarı hissəsini yontalayıb ora baş əvəzi yumru boranını bənd elədilər, qarğıdalı saçağından ona saç və bığ hördülər, boranının təpəsinə babasının şıntır motal papağını pərçimlədilər. Giləmeyvələrdən göz, kökdən burun, paxladan ağız, beləcə digər meyvə və tərəvəzlərdən yerdə qalan bədən üzvlərini zövqlərinə uyğun tarazladılar. Ayaq əvəzi uyuğun dirəyinin aşağı hissəsinə bəndlədikləri bir cüt uzunsov badımcana babasının köhnə qaloşlarını, əyninə ulu babasından yadigar qalan arxalıq və üstündən də nimdaş çuxa geyindirdilər. Bacardıqca bər-bəzək vurdular. Pis alınmamışdı, bəlkə də, dərinə getsən, bu əl işinə mahir rəssam və heykəltəraşların özləri belə həsəd aparardılar. Uyuğun görkəmini hər həftə yeniləməyi də unutmadılar, cizgi filmlərindəki təkin əcaiblikdə bir-birindən geri qalmayan gah baba, gah da nənə obrazı yaratdılar. Müştərilər də özlərini çox gözlətmədilər. Nəinki yoldan ötənlər, o vaxtlar üçün bu əlçatmaz fotolardan ötəri tezliklə eşidən-bilənlər həmin kəndə üz tutdu. Hətta, tək-tük də olsa, əcnəbilərdən də bura gələnlər vardı. Əli bərəkətliydi, adicə kol-kos qırığını torpağa basdırsaydı, əvəzində qollu-budaqlı, barından təpəsi yerə dəyən ağac bitərdi. Qisməti beləydi, fərasətinə də söz ola bilməzdi.
Yerində saymaq ona yaddı. Ötən müddətdə altdan-altdan növbəti ideya üzərində çalışmışdı, daha çox gəlir götürmək fikrindəydi. Söhbət puldan getmirdi, varidatı bundan sonrakı bütün nəsillərinə yetərdi. O, özünü imtahana çəkməkdən həzz alırdı. Beləcə rəqabətədavamlılığını qoruyub saxlayırdı. Marketinqdən də artıqlaması ilə baş çıxarırdı. İstəsə handa-handa bu sahədə döşünə döyən mütəxəssislərə belə dərs deyərdi. Əzbər bilirdi ki, onun əvvəlki mükəmməl ideyasını çırpışdırıb indi müxtəlif meqapolislərdə buna bənzər layihələr reallaşdıranlar var. Onun qənaətincə, plagiatlıqla uzaq yol qət eləyə bilməzsən, hətta, elə alınar ki, it də, ip də gedə bilər, yəni heç qoyduğun mayanı belə çıxara bilməzsən.
Yemişbaş əlaltdan yolka mehmanxana kompleksini satmışdı. Ona yeni ideyasının həyata keçməsi üçün külli miqdarda sərmayə lazımdı. Hər ehtimala qarşı saxladığı sərvətinə dəymək onluq deyildi. Neft erası artıq bitmişdi. Yemişbaşın növbəti ideyası bu reallıqdan qaynaqlanırdı. Xəzərdə vaxtilə dəbdə olan yataqların birini dəyər-dəyməzinə almışdı. Dənizin təkində ucsuz-bucaqsız istirahət-əyləncə mərkəzi araya-ərsəyə gətirmişdi, neft muzeyi də yaratmışdı, əməlli-başlı şəhərdi. Vaxtilə insanlar akvarium təhər tikililərdən şüşənin o tayındakı dəniz sularında üzən çeşidbəçeşid balıqları, delfinləri, köpək balıqlarını və digər nadir canlıları izləyərdilər. Yemişbaşın yeni layihəsində isə hər şey tərsinə idi. İnsanlar dənizin dibindəki akvariuma bənzər tikililərdə həyatın həzzini çıxarırdılar. Yatacaqları da, yemək-içməkləri də, necə şənlənməkləri də dəniz heyvanlarının gözləri qarşısındaydı. Onlar da elə bil bir-birinə xəbər çatdırırdılar, ətrafda dəniz canlıları zığ verirdi. Bəlkə də, bunlar insanları çim yağ daman yem bildiklərindən bura axışırdılar. Hər nə idisə, nəticə göz qabağındaydı; hər iki tərəf razıydı, insanların da, dəniz heyvanlarının da başları qarışmışdı. Turistlər də saya gəlmirdi. Bu da o demək idi ki, Yemişbaşın növbəti möhtəşəm ideyası da özünü doğrultmuşdu.
Məncə, burada qəhrəmanımın hekayətini nöqtələmək insafsızlıq olardı, yəqinki, üç nöqtə qoymaq yerinə düşər... İşə bir bax, necə də ürəyimə damıbmış e, sonuncu nöqtənin mürəkkəbi qurumağa macal tapmamış lap nağıllardakı kimi göydən üç alma düşdü. Di gəl, Yemişbaş nə mənə, nə də kimsəyə aman vermədən tez işçilərinə səsləndi. Dedi, xahiş eləyirəm heç kəs bu almalara toxunmasın. Yaxşıca araşdırın, ən son model soyuducu tapıb orada yerləşdirin bu almaları. İnşallah vaxt gələcək, onu da külli miqdarda qızıla, pula-paraya çevirəcəm, haqqı çatanların da payını qədərincə ödəyəcəm. Yəqinki, məni anladınız, axı, bunlar adi almalardan deyil, Tanrı payıdır. Tutaq ki, indi bölüşdürüb yedik, hə, nə olsun?! Yadınızda möhkəm-məhkəm saxlayın; Allah baba kasıb-kusubu arada-bir yada salsa da, bir qayda olaraq çörəyi həmişə çörəkçiyə verir. İşdi, qədrini bilməsən, dalı gəlməyəcək... O vaxtdan hələ də əlim üzümdə qalıb, Yemişbaş isə gözlərimin dərinliyində əbədi bir əzəmət heykəlinə dönüb.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır