17:04 / 30-09-2023
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
15:08 / 30-09-2023
Baş Prokurorluq: separatçı qurumun daha iki təmsilçisi həbs olunub
14:52 / 30-09-2023
Silah-sursat və döyüş texnikası müsadirə olunub - Video
13:06 / 30-09-2023
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 30-09-2023
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - Yenilənib
12:35 / 30-09-2023
Milli Qəhrəman Fəxri Xiyabanda dəfn edilib - Fotolar
11:43 / 30-09-2023
XİN: "Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır"
11:35 / 30-09-2023
Müsadirə edilən artilleriya qurğuları... - Video
11:06 / 30-09-2023
Abşeronda dava: 3 nəfər bir-birlərini bıçaqlayıb, biri ölüb
09:58 / 30-09-2023
Elizabet - Akif Abbasovun tərcüməsi
09:15 / 30-09-2023
Qarabağdakı döyüş mövqeləri ləğv edilir - Video
02:04 / 30-09-2023
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib - Fotolar
22:02 / 29-09-2023
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri... - Video
21:59 / 29-09-2023
Belçikada kilsədə rüsvayçılıq - Din xadimləri illərlə uşaqları zorlayıblar
19:48 / 29-09-2023
İlham Əliyev Zəngilanda Forumda: "Bizim səbrimizlə oynamasınlar" - Tam mətn - Fotolar (Yenilənib)
19:24 / 29-09-2023
İşçi qrup üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub
19:20 / 29-09-2023
Yevlaxda ermənilərlə növbəti görüş keçirilib - (Yenilənib) - Foto
19:18 / 29-09-2023
Yeddi ölkə Ukrayna üçün sursat sifarişi verib
19:07 / 29-09-2023
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
18:50 / 29-09-2023
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
18:13 / 29-09-2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni - Siyahısı (Yenilənib)
18:03 / 29-09-2023
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
17:58 / 29-09-2023
Mikayıl Cabbarov Gürcüstana səfər edib
17:48 / 29-09-2023
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
17:35 / 29-09-2023
Bakıda əməliyyat: daha üç nəfər tutulub
17:17 / 29-09-2023
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
16:56 / 29-09-2023
Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət edib
16:33 / 29-09-2023
Qarabağda terrorlar törədən general-mayor həbs edilib - (Video) - Yenilənib
16:11 / 29-09-2023
İlham Əliyev: "Biz Qafqazda sülh və sabitlik istəyirik"
09:31 / 27-09-2023

20:08 / 25-09-2023

14:14 / 27-09-2023

11:50 / 26-09-2023

00:05 / 26-09-2023

00:01 / 26-09-2023

00:04 / 27-09-2023

19:55 / 27-09-2023

18:00 / 25-09-2023

13:40 / 28-09-2023

18:51 / 26-09-2023

12:22 / 26-09-2023

Boşluqdan qaçışa çağırış - Foto
Tarix: 16-07-2019 13:33 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanı haqqında düşüncələr)
Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanı elə ilk baxışdan özünəməxsus və maraqlı tərtibatı ilə diqqəti çəkir. Kitaba Nəcəf Əsgərzadənin yazdığı ön söz də fərqlidir, romanın sərbəst və süjet xətti qurulmadan yazılmasına bir növ qabarıq işarədir. Əsərin mətləbi kompleks xarakter daşıyır, müəllif roman boyunca oxucu ilə kəskin mükalimədədir. Oxucunun da müəllifə deməyə kifayət qədər sözü var. Sevgi ziddiyyətlər burulğanına, bir növ açarı ələdüşməz çox mürəkkəb labirintə bənzər. Əsərdəki “Bir-birini təkrar edən insanları heç zaman sevməmişəm”, “Sonralar başa düşdüm ki, qadın təbiəti anlaşılmazdır”, “Eşq axmaqlıq olduğuna görə gözəldir”, “Sevgi azadlığı məhdudlaşdırır, insanı əsarətə sürükləyir”, “Zərif səsi qulaqlarımda cənnət himni kimi səslənirdi”, “Amansız həyat sevən insanı yalnız nakam eşq əzabı ilə cəzalandıra bilər”, “Şüur qəlbin zərif duyğuları qarşısında acizdir” və bu qəbildən digər qənaətlər oxucunu da dilə gətirir, istər-istəməz müəlliflə dialoqa səsləyir. Romanda irəli sürülən fikirlər əhatəli, dolu olması və fəlsəfi çəkisi ilə diqqətəlayiqdir. Müəllif öz şəxsi timsalında milyonlarla insanın yaşantılarını təfərrüatı ilə, xırdalıqlarına qədər sözə çevirməyə çalışıb. Bu yaşantılar dərinliyi, saflığı və səmimiliyi ilə diqqəti çəkir. Romandakılar hər kəsə, ələlxüsus da gənc nəslə doğmadır. Ən azı buna görə müəllifin təhkiyəsi səni arxasınca aparır. Əslində hər kəsin tale payı özü elə bir romandır, sadəcə onların əksəriyyəti qələmə alınmır.
Romanın gedişi Nicat Həşimzadənin dünya və Azərbaycan ədəbiyyatına nə qədər dərindən bələd olmasına, eləcə də, onun sərhəd tanımayan beyninin həzm imkanlarının genişliyinə də dəlalət edir. Bu, əsərin dilinin yapışqanlı və düşündürücü olmasına da təsirsiz ötüşməyib. Düzdür, oxucuya hərdən elə gəlir ki, müəllif yerli yazıçılardansa xarici ölkələrin qələm əhlinə daha çox istinad edir. Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanındakı güclü məntiqə və həyati reallıqlara əsaslanan ritorik sualları bir növ əsərin ilk baxışdan gözəgörünməyən hadisə planını əvəzləyir. Ruhsal qat sənə gərginlikdən qurtulmağa imkan vermir, hey düşünüb-daşınırsan, çünki mahiyyətcə sən özün də əsər boyunca yaşantılarınla baş-başa qalırsan. Həmişə olmasa da, müəlliflə üst-üstə düşən qənaətlərin də kifayət qədərdir. Romanı mütaliə edərkən böyük yaradıcılıq perspektivinə, özünəməxsus fəlsəfi düşüncəyə malik bir yazıçı ilə gözbəgöz olduğunun mahiyyətinə varırsan. Məncə, bu məqamda əsərin 15-ci səhifəsindəki kiçik bir hissəyə diqqət kəsilmək yerinə düşərdi... “Ölməz Pikasso” filmini çox sevirəm. Pikasso sevdiyi qadına deyir: “İspaniyada yaşadığım zamanlar mənə öyrtəmişdilər ki, gözlər cazibə qüvvəsinə malikdir”. Əgər, qapalı cəmiyyətdə yaşayırsansa, gözlər cazibə qüvvəsinə malik olmur, çünki insanın enerjisini sümürürlər.

Bəzi sıravi fikirlərin (müəllifin gəncliyindən, həyat təcrübəsinin hələ kifayət qədər olmamasından qaynaqlanan) kəsərli və yetkin qənaətlərlə növbələşdiyi əsərdə bir romana bərabər yükdə tapıntılar da kifayət qədərdir. Bu anlamda romandan daha bir hisssəyə diqqət yetirək... Müharibə xalqlarda özünümüdafiə instinktini gücləndirir. Xüsusən də, müharibədə məğlub olmuş xalqlar inkişafın zəruruliyini dərk edirlər. Alman və yapon xalqları dediklərimin əyani sübutudur. Nicat Həşimzadə bizi alman və yapon kimi millətlərdən nümunə götürməyə səsləyir. Ümumilikdə, mətləb mükəmməldir və doğma Azərbaycanımızın bu gənci belə yüksək səviyyədə düşüncəsinə görə alqışa layiqdir. Di gəl, şəxsi qənaətlərinin kamilliyi naminə digər tərəfdən o unutmamalıdır ki, istər almanlar, istərsə də yaponlar (özü də söhbət bizdən fərqli olaraq tarix boyunca əsasən əsarət altına düşməyən millətlərdən gedir) indiki uğurlara təkcə özlərinin milli potensialı hesabına nail olmayıblar. Həm Almaniya, həm də Yaponiyanı hazırkı səviyyəyə yüksəldən əslində faktiki olaraq Amerika Birləşmiş Ştatlarıdır. Məhz hazırda dünyanın cilovunu əlində saxlayan, İkinci dünya müharibəsində həlledici qalib ölkələrdən biri olan Amerika Birləşmiş Ştatlarının geosiyasi xeyir-duası, hərtərəfli köməyi ilə yaponlar və almanlar özlərinə gələ bilsələr də, iqtisadiyyatlarını amerikalıların təbirincə formalaşdırsalar da, indinin özündə də hərtərəfli onların çaldığı havaya oynamaq məcburiyyətindədirlər. Bir sözlə, dünyanın mizan tərəzisi düzələn deyil.
Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanını oxuduqca səndə belə qənaət yaranır ki, bu əsər beynəlxaql səviyyədə də layiqli qiymətini ala bilər, yəni əcnəbilərin də diqqətini çəkə biləcək gücdədir. Həyatını kitablar işğal edən kəslər xoşbəxtdir. Şüurlu mütaliə çox güclü silahdır. Bu baxımdan Nicat Həşimzadə də bəzən pessimizmə qapılsa da, kitablara heç vaxt arxa çevirməyib. Elə, “Həyatımızı mərsiyə janrında yaşamışıq. İnkişaf etmək lazımdır. İnkişaf etmək üçün dəyişmək lazımdır”,- kimi fikirlər də mahiyyətcə dərin və kompleks mütaliənin məhsuludur. Bu məqamda dəyərli dostuma xatırlatmaq istərdim ki, vaxtilə ölkəmizi işğal edərək bizə müsəlmanlığı da qılınc gücünə qəbul etdirən ərəb cahillərinin əsrlər boyunca şəriət adı altında özlərinin yaramaz xislətindən bizə sırıdıqlarından, gündəlik həyat tərzimizə pərçim elədiklərindən bir millət olaraq qurtulmadan həyatımızda elə bir köklü dəyişiklik mümkün olmayacaq.
Əsər müəllifin görüb-götürdüklərini bölüşmək cəhdindən, oxucular qarşısında növbəti imtahana qatılmaq istəyindən və oxunmağa layiq olduğunu təsdiqləmək iddiasından qaynaqlanır, məncə. İnsan Tanrı fəlsəfəsinə müdaxilə etməkdən yorulmasa da, di gəl, özünü axıra qədər dərkdə acizdir. Nicatın romanından da bir daha bəlli olur ki, əsl sənətə cığır da, körpü də böyük sevgidən qaynaqlanır. Bu baxımdan roman boyunca sevən qəlbin bəstələri, içdən gələn deyimləri də dərin oxucunun diqqətindən yayınmır... Böyük adamların sevgisi də böyük olur, onlar eşqdən qarşılıq ummurlar, eşqdən nəsə uman adamlar ibadəti qarşılığında cənnət mükafatı gözləyən adamlar kimi riyakardırlar... Nicat Həşimzadə haqlıdır; mənəvi kamilləşmə elə iztirabların çoxluğundan yaranır, kamillik eqonun sınmasından başlayır.
Zənnimcə, “Boşluqdan qaçış” romanı ümummilikdə Nicat Həşimzadənin yaradıcılıq yolunda növbəti uğuru kimi dəyərləndirilməlidir. Ədəbiyyatın klassik ənənələrini 21-ci əsr üçün qəbuledilməz sayan, süjet xəttinə lüzum görməyən müəllif digər tərəfdən unutmamalıdır ki, roman ilk növbədə bədii əsərdir. Burada obrazlı düşüncə, doğma dilimizin şəhdi-şirəsinin ortalığa qoyulması, əsərin mayasının bədiilikdən yoğrulması, strukturun mükəmməlliyi vacib şərtlərdir. Əgər, movcud olan təcrübə səni razı salmırsa, buyurun, tərəfdarlarınla birgə bugünün reallığını ortalığa qoyan formanı təklif et və yarat. Təbii ki, başlıca meyar yenə də bədiilik olmaq şərtilə. Bədiilik rahiyyəsinə bürünməyən, məhvərində əlçatmaz Tanrı fəlsəfəsi olmayan yazı ədəbiyyat səviyyəsinə yüksələ bilməz. Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanının ən böyük üstünlüyü isə burada qələmə alınan mətləbin ümumidən qaynaqlanmasındadır. Müəllif öz xoşbəxtliyini ümuminin xoşbəxtliyinin içində arayır. Boşluqdan birdəfəlik qaçışın yalnız və yalnız küll halında həllinin mümkünlüyünü irəli sürür və bir millət olaraq bizi buna səsləyir. Nicat Həşimzadə buyurur ki, əsrlər boyunca min bir zillətə qatlaşan milyonlarla soydaşımızın həsrətində olduqları, bizə isə nəsib olan müstəqilliyin dəyərini qədərincə qiymətləndirərək heç olmasa, gələcək nəsillər üçün boşluq qoymayaq. Azərbaycanın ədəbiyyatını da dünya səviyyəsinə qaldıraq, bu meydanda halallıq və əsl peşəkarlıq mühiti formalaşsın, ölkəmizdəki qələm əhli alın təri ilə bir parça halal çörəyini qazanmaq imkanına malik olsun, axı, bu baxımdan döşünə döyən əcnəbilərdən bizim nəyimiz əskikdir?! Müəllifə ümdə arzularının çin olması və yeni-yeni yaradıcılıq uğurları diləyi ilə...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır