00:14 / 16-02-2026
ABŞ-İran danışıqları Cenevrədə keçiriləcək
21:19 / 15-02-2026
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
18:01 / 15-02-2026
Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olunub
17:43 / 15-02-2026
Magistraturaya qəbul imtahanı keçirilib
17:04 / 15-02-2026
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası başlayıb
16:10 / 15-02-2026
İlham Əliyev Serbiyada rəsmi səfərdədir - (Yenilənib-5) - Fotolar
12:16 / 15-02-2026
İdmançımız beynəlxalq turnirdə medal qazanıb
09:27 / 15-02-2026
"Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq
23:53 / 14-02-2026
İlham Əliyev Münxendə panel iclasda iştirak edib - (Yenilənib) - Tam mətn
22:59 / 14-02-2026
Nazirin üç müavini vəzifədən azad edilib - (Yenilənib)
22:36 / 14-02-2026
Xanəndə xəstəxanada dünyasını dəyişib
19:41 / 14-02-2026
İlham Əliyev Münxendə Aİ-nin ali nümayəndəsi ilə görüşüb
16:55 / 14-02-2026
Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
12:57 / 12-02-2026
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
18:31 / 12-02-2026
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Həyata mistik güzgüdən baxış
Tarix: 12-08-2019 10:45 | Bölmə: Azad MÜZƏFFƏRLİ / Müəllif-6

(Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” kitabındakı romanları haqqında düşüncələr)
Zahid Sarıtorpaq nəsrə poeziya körpüsündən adlayan qələm əhlindədir. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda aldığı yüksək təhsil, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində və çalışdığı müxtəlif kütləvi informasiya vasitələrində qazandığı zəngin təcrübə, yetkin həyat dərsləri yaradıcılığında hərtərəfli karına gəlir. Ələlxüsus da gecəli-gündüzlü gərgin zəhmət tələb edən tərcümə işi onun püxtələşməsində, indiki yüksək sənətkarlıq səviyyəsinə çatmasında həlledici rol oynayıb. Elə, min bir zəhmət hesabına araya-ərsəyə gətirdiyi “Dərdin sarı çəpkəni” kitabındakı magik realizm üslubunda üç romanında da dünyanın say-seçmə yazıçılarının əsərlərinin tərcüməsi zamanı qazandığı mükəmməl təcrübənin izləri aydın görünməkdədir.
Kiçik yaşlı nəvələrimin səngimək bilməyən bəstələrinin sədaları altında qələmə aldığım bu yazıda Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni”, “Kül” və “Qarğa marşrutu” romanları haqqında düşüncələrimi bölüşməyə cəhd edəcəm. Hər üç romanda müəllif və ya üçüncü şəxsin dilindən, eləcə də, daxili monoloqlardan qaynaqlanan təhkiyə bu əsərlərin oxunaqlığına geniş imkanlar açır. Müəllif son bir neçə il ərzində qələmə aldığı həmin romanları ilə magik realizm üslubunun incəliklərinə dərindən yiyələndiyini, ölkəmizdə bu səpgidə nəsr əsərləri yaradan tək-tək sənətkarlardan biri olduğunu reallıqda sübuta yetirib. Bu əsərlər dərin oxucuya hesablanıb, kompleks yanaşma tələb edir. “Dərdin sarı çəpkəni” kitabının elə ilk səhifələrindən bəşəri mahiyyət kəsb edən irfan işığına bələnirsən, reallığa tuşlanan mistik güzgüdə həqiqət axtarışı səni cənginə alır. Mətləbə qətrə-qətrə yaxınlaşırsan. Eyni qələmin məhsulu olan romanların ruhu və təhkiyəsi oxşardır. Sosial-ictimai mahiyyət daşıyan bu əsərlər bomboz həyata qarşı hayqırtı xarakteri daşıyır. Bu məqamda “Dərdin sarı çəpkəni” romanından dünyanı yalnız sarı rəngdə görmək kimi nadir xəstəliyə düçar olan Buludun kolxoz sədri Baləminin inəyinin itməsi, böyüklü-kiçikli bütün kənd əhlinin həmin inəyin axtarışına qalxması və Musa müəllimin etirafı səhnəsini xatırlamasına diqqət kəsilək... “Ay Allah, sənə yalvarıram, məni Baləminin inəyinə döndər!..” Arvadı Tamam xala eşidir, “bıy” deyib soruşanda ki, əşi, niyə elə deyirsən? Qayıdıb nə desə yaxşıdır? Deyir ki, camaatımız bəlkə kənddə məni də o inək kimi bir itirib-axtarardı, bəlkə mənə də o o inəkcən bir xətir-hörmət qoyardı... Müəllim olmaqdan kolxoz sədrinin inəyi olmaq yaxşıdı bu zamanada, arvad! Görürsən, camaat sədrin inəyindən ötrü nə həşirdədi? Bu camaatçün sədrin inəyi müəllimdən min pay yaxşıdı.
Müəllifin sözlə davranma məharəti həsəd doğurur. Əsərlərdəki yazıçının həm şairliyindən qaynaqlanan, həm də magik realizmə mənsub poeziya abı-havası da hərtərəfli hazırlıqlı oxucunun diqqətindən yayınmır. Magik realizm üslubuna xas miflər, rəmzlər, hüdudsuz fantaziya, ruhun sərhədsiz cövlan etməsi, möcüzələr, uydurma xəstəliklər, yumor, metaforalar, ağlasığmaz yuxular, folklor nümunələri, əfsanələr, deyimlər, sayagəlməz emosiyalar, intim səhnələr, yeri gəldikcə zamanın şüurlu şəkildə təhrif olunması, insanın daxili çırpıntılarının ara verməməsi və bu qəbildən digər elementlər “Dərdin sarı çəpkəni”, “Kül” və “Qarğa marşrutu” romanlarını əzəmətə gətirir. Həmin əsərlər boyunca obrazların bir-birinə “qənim kəsilməsi” oxunaqlığa əlavə çalar qatır. Bu baxımdan Zahid Sarıtorpağın dünya ədəbiyyatına məxsus vampirə bənzər obraz üzərində qələmə aldığı “Qarğa marşrutu” romanı Azərbaycan ədəbiyyatında bir yenilikdir. Bizim ədəbiyyatımız üçün xarakterik olmayan Nihat obrazı özünəməxsusdur. Ta körpəlikdən iki köpək dişi sızıldayan, qana susayan Nihat obrazı vasitəsilə əslində müəllif günümüzün bir sıra reallıqlarına, bizim millətə yaraşmayan xüsusiyyətlərə qəti etirazını bildirir və bununla bağlı millətimizi reallığın gözünə dik baxmağa çağırır. Müəllif bu həqiqətləri yenə də magik realizm üslubuna xas mifik obrazlar xəttilə dilə gətirir... Qoca suyun üzüylə səssiz-səmirsiz, xırdaca addımlarla gedirdi. Ardıyca sular qırçın-qırçın ləpələnirdi...
- Nooldu? Gəlsənə!..(Nihata xitabən)- O, beş-altı addım da atıb, mənə sarı səsləndi.
Yerimə mıxlanıb qalmışdım. Nə baş verdiyini anlaya bilmirdim. Özümü toparlayıb bircə onu deyə bildim:
- Yox...
- Gəl!.. Gəl, qorxma. Gəl, canın qurtarsın o zülümlərdən... Səni qan yox, su xilas eləyəcək. Axmaqlıq eləmə! Gəl!
- Yox!..
Bu romanlarda çox böyük mətləblər ustalıqla qələmə alınıb. “Dərdin sarı çəpkəni” əsərinin sonluğunda baş qəhrəman Buludun dilindən səslənən bir hissəyə diqqət yetirək... O(Buludun mərhum həyat yoldaşı Şəfiqə), əlimdən yapışıb bir göz qırpımında məni azman bir qayalığın yalçın sıldırımına gətirdi. Buradan baxanda bütün Keçiqıran dərəsi görünürdü. Dərənin içi ağa bürünmüş insanlarla doluydu. Onlar sıx-sıx bir-birlərinə söykənmişdilər. Burada insanlar ağac yerinə, kol yerinə bir-birinə qısılmışdılar.
- Onlar ki kəfənə bürünüblər, ay Şəfiş, ağappaq kəfənə...
- Onlar kəfənlə ağ günə çıxıblar, Bulud. Bəs sən bilmirsən ki, Keçiqıranda ağ günə çıxmağın yolu ancaq kəfənə bürünməkdən keçir? Gəl gedək...
Hər üç romanda müxtəlif elementlərin həddən ziyadə bolluğu, hətta, ilk baxışdan müəyyən məqamlarda bir-birini “döyməsi” bəzən nisbətən az hazırlıqlı və ya magik realizmin tələblərindən dolğun xəbərdar olmayan oxucuda çaşqınlıq da yarada bilər. Əslində, məhz qarmaqarşıqlıq – xaos magik realizmin mayasını təşkil edir. Təbii ki, bu xaos müəllif tərəfindən kompozisiya və süjet xətti peşəkarcasına nizamlandıqda, başlıca mətləbin dolğun çatdırılmasına xidmət etdikdə özünü doğruldur. Kontraslar aləmindən, fundamental fəlsəfi yüklü həqiqət axtarışından qopa bilməyən oxucu bir-birini tamamlayan, üzvi şəkildə uzlaşdırılan qlobal və məişət problemləri, bəşər övladının səngimək bilməyən daxili çırpıntıları ilə yüklənmiş əsərlərin tamamında magik realizmə xas açıq sonluqla üz-üzə qalır. Reallıq, fantaziya, uydurma, gündəlik həyat, möcüzə və müəllifin saysız-hesabsız digər tapıntılarından baş açmaq və məntiqi qənaətə gəlmək oxucunun ixtiyarına buraxılır. Oxucudan asılı olaraq bu qənaətlərin alternativ xarakter daşıması da istisna edilmir. Elə götürək, baş qəhrəman Tağının şəxsində ölkəmizdə keçid dövrünə kompleks baxış xarakteri daşıyan “Kül” romanının sonluğuna ayaq verən bir parçanı... Mən(Tağı) gözlərimi bərk-bərk yumdum, sandım ki, qurtuldum bu zillətdən.
Daun (mifik obraz) mikrofonu əlinə alıb sakit tərzdə dilləndi:
- Hamınız gördünüz. Milçək külün gücünə komadan ayıldı və uçub getdi... Bir daha deyirəm: sevgisizlikdən sizin hamınız – ölünüz də, diriniz də bu gündədi. Həyatın içində də, astar üzündə də suda boğulmuş milçək kimi komadasınız! Təpənizə kül olmayana qədər ayılmayacaqsız!... Bunu sizə mən deyirəm, mən! Gerisini özünüz bilərsiz... Yadınızda saxlayın, kim olursuzsa, olun, - qurtuluşunuz təpənizə olacaq küldədi!.. Vəssalam!..
Zahid Sarıtorpaq olduqca maraqlı süjet xəttilə seçilən, bəşəri mətləblərlə yüklədiyi əsərlərində oxucunun ruhunun cilovunu əldə məharətlə saxlayır. O, oxucunu böyük peşəkarlıqla intizarda qoyur, özünün həyatdan görüb-götürdüklərini, ümummilli istək və arzularını fərdiləşdirərək rəvan şəkildə sıralayır. Onun dedikləri nəfsin tərkindən enməyən həyatın içindən gələn ündür. Bu baxımdan müəllifin müşahidəsinin dərinliyi və əhatəliliyi, zəkasının yetkinliyi, bədii təxəyyülünün sərhəd tanımaması diqqətdən yayınmır. “Dərdin sarı çəpkəni” kitabındakı romanlar müəllifin kəndə-kəsəyə, əcdadlarımızdan bizə ərmağan qalan adət-ənənələrimizə, zəngin, təkrarsız mədəniyyətimizə dərindən bələd olmasına dəlalət edir. Sevginin öləzidiyi 21-ci əsrə, insanların cılızlaşmasına qarşı səsini ucaldan yazıçı vaxtilə ilk istəklisi Kəbirədən ötrü damarlarını belə doğrayan Tağı obrazının timsalında(“Kül”romanı) sevgidən yoğrulan Azərbaycan türklərinin bomboz, sarıya çalan həyata layiq olmadıqlarını önə çəkir. Təbii ki, yaradıcılıq daim axtarış, daha da püxtələşmə naminə öz üzərində mütamadi çalışmağı tələb edir. Həmin baxımdan Zahid Sarıtorpağın mənəvi dünyasından pərvazlanan romanlarında sıx-sıx yer alan aşırı dialektizmlərə münasibət birmənalı deyil. Bu da təbii qarşılanmalıdır. Di gəl, digər tərəfdən bu da müəllifin haqqıdır, onun yazı üslubudur. Zənnimcə, eyni obrazların dilindən səslənən ölkəmizin müxtəlif bölgələrinə məxsus məhəlli ləhcələrə dair dialektizmlərlə yazıçı əsərlərində önə çəkdiyi fundamental yüklü problemlərə məhz milli müstəvidə yanaşdığını qabartmaq istəyir. Bir faktı da xüsusi vurğulamağına dəyər. Zahid Sarıtorpağın da “Dərdin sarı çəpkəni” kitabından göründüyü kimi, son dövrlərdə respublikamızda çapdan çıxan kitabların əksəriyyətində redaktə işi arzuolunan səviyyədə deyil, ələlxüsus da, sözlərin düzgün yazılışı və durğu işarələri ilə bağlı xeyli problem var. Ümumilikdə, “Dərdin sarı çəpkəni” kitabındakı romanlar sözün böyük mənasında son dövrlərdə Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil olan say-seçmə əsərlər sırasındadır. Müəllifə bu şərəfli missiyanı uğurla davam etdirmək diləyi ilə...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək