15:08 / 30-09-2023
Baş Prokurorluq: separatçı qurumun daha iki təmsilçisi həbs olunub
14:52 / 30-09-2023
Silah-sursat və döyüş texnikası müsadirə olunub - Video
13:06 / 30-09-2023
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 30-09-2023
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - Yenilənib
12:35 / 30-09-2023
Milli Qəhrəman Fəxri Xiyabanda dəfn edilib - Fotolar
11:43 / 30-09-2023
XİN: "Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır"
11:35 / 30-09-2023
Müsadirə edilən artilleriya qurğuları... - Video
11:06 / 30-09-2023
Abşeronda dava: 3 nəfər bir-birlərini bıçaqlayıb, biri ölüb
09:58 / 30-09-2023
Elizabet - Akif Abbasovun tərcüməsi
09:15 / 30-09-2023
Qarabağdakı döyüş mövqeləri ləğv edilir - Video
02:04 / 30-09-2023
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib - Fotolar
22:02 / 29-09-2023
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri... - Video
21:59 / 29-09-2023
Belçikada kilsədə rüsvayçılıq - Din xadimləri illərlə uşaqları zorlayıblar
19:48 / 29-09-2023
İlham Əliyev Zəngilanda Forumda: "Bizim səbrimizlə oynamasınlar" - Tam mətn - Fotolar (Yenilənib)
19:24 / 29-09-2023
İşçi qrup üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub
19:20 / 29-09-2023
Yevlaxda ermənilərlə növbəti görüş keçirilib - (Yenilənib) - Foto
19:18 / 29-09-2023
Yeddi ölkə Ukrayna üçün sursat sifarişi verib
19:07 / 29-09-2023
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
18:50 / 29-09-2023
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
18:13 / 29-09-2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni - Siyahısı (Yenilənib)
18:03 / 29-09-2023
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
17:58 / 29-09-2023
Mikayıl Cabbarov Gürcüstana səfər edib
17:48 / 29-09-2023
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
17:35 / 29-09-2023
Bakıda əməliyyat: daha üç nəfər tutulub
17:17 / 29-09-2023
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
16:56 / 29-09-2023
Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət edib
16:33 / 29-09-2023
Qarabağda terrorlar törədən general-mayor həbs edilib - (Video) - Yenilənib
16:11 / 29-09-2023
İlham Əliyev: "Biz Qafqazda sülh və sabitlik istəyirik"
15:48 / 29-09-2023
Prezident: "Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik"
09:31 / 27-09-2023

16:30 / 25-09-2023

20:08 / 25-09-2023

14:14 / 27-09-2023

16:17 / 25-09-2023

11:50 / 26-09-2023

00:05 / 26-09-2023

00:01 / 26-09-2023

00:04 / 27-09-2023

19:55 / 27-09-2023

18:00 / 25-09-2023

Dollar yağışı - Azad Müzəffərli yazır
Tarix: 02-07-2020 14:25 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Sabah məhkəmədə olmalıydı. Ələsgər fikir çəkməkdən yumağa dönmüşdü. Bankdan götürdüyü krediti heç cür qaytara bilmirdi. Babat işi əlindən çıxandan bəri kreditə görə faiz faiz üstə gəlməkdəydi. Borcu artıq otuz min manatı ötmüşdü. Bankın əməkdaşları da qınanılası deyildi. Vaxtilə nümunəvi müştərilərdən biri sayıldığından ona ötən müddətdə qədərincə güzəşt eləmişdilər. Daha vəziyyət dalana dirənmişdi. Onu məhkəməyə vermək məcburiyyətində qalmışdılar. Bu gün-sabah yeganə ümid yeri - banka girov kimi qoyduğu üçotaqlı mənzili də əlindən alınıb satışa çıxarılacaqdı. Haranın külünü başına tökəydi, bilmirdi.
Dərd orasındaydı ki, maddi durumundan xəbərdar olduqlarından ona borc verən də tapılmırdı. Nə qohum-əqrəbası, nə də tanış-bilişi. Son gümanı məktəb yoldaşlarından birinəydi. O, bəxti ayaq üstə olan kəslərdən idi. Vaxtilə Ələsgərdən köçürməklə dərslərindən tramvay altında qalan “üç”ləri bir təhər sıralayardı. İndi isə şəhərin bir neçə nöqtəsində mağazaları vardı. Hazırda onun yanına tələsirdi. Ələsgəri fikir nə təhər caynağına almışdısa, köhnə “Mersedes”i sözünə baxmırdı. Bu dəfə də əliboş yola salınacağı qorxusundan mırmıc duruma düşdüyündən az qala sükan arxasında olduğunu unuda.
Tərslikdən dərd də dərd üstə gələr. Evlərindən cəmi bir tin aralanmışdı. İşıqforda rəngləri səhv saldığından qəflətən maşını əylədi. Ona elə gəlmişdi ki, qırmızı işıq yandı. Sən demə xeyli tələsibmiş. Arxadakı maşın guppultu ilə “Mersedes”inə dürtüldü. Kəlləsi zərblə yan qapıya çırpıldı. Bir anlığa ağlı gizləndi. Özünə gələndə düşündü ki, kaş o dünyalıq olaydı, ayılmayaydı. İmkanı olsaydı, elə oradaca özünə qəbir qazardı. O, nə haydaydı, indi nə zibilə düşdü. Qabaq güzgüdən arxaya boylanıb zədələdiyi avtomobilin ən son model “Bentli Kontinental” olduğunu görəndə isə az qala ödü ağzına gələ. Ürəyində Allaha yalvardı ki, kaş, heç olmasa sürücü elə bərk əzilməyəydi, bəlkə, Allaha təvəkkül, ürəyi yuxa adam çıxa, onu bağışlaya. Əlacsızlıqdan ümidə sarıldı.
Karıxdığından yerə düşmək əvəzinə yenə də qabaq güzgüdən arxadakı maşının sürücüsünə sarı boylandı. Həmən kəs nəsə əl çantasında eşələnirdi, əlindəki bükülüləri tələm-tələsik götür-qoy eləyirdi. Ələsgər bunu tibb ləvazimatları çantası zənn elədi.
Gümüşü rəngə çalan, Böyük Britaniyada araya-ərsəyə gətirilən “Bentli Kontinental”ın sürücüsü Ələsgərdən qabaq maşınından düşdü. Aramla əvvəlcə sol ayağını yerə basdı. Təmiz dəridən hazırlanmış, əli iş olan dəbli ayaqqabısı Avstriya istehsalı idi. Şalvarının ətəyi azacıq yuxarı qalxdığından corabı da aydınca görünürdü. Ayaqqabısı və şalvarı ilə həmahəng olan corabı, ilk baxışdan bəlliydi, hələm-hələm ələdüşməz İtaliya malıydı. Ağır cayıl maşınından enməyi ilə klassik üslubda say-seçmə geyimi ilə göz qamaşdırdı. Ürəyəyatımlı göy rəngdəki kostyumu Almaniyadan gətirilməydi. Dekorativ düyməli, təmiz pambıqdan hazırlanmış, göy və ağ rəngli nazik zolaqların məxsusi yaraşıq verdiyi köynəyi Şotland malıydı. Çində “Stocman” firmasının say-seçmə müştərilər üçün təmiz ipəkdən hazırladığı, həsəd doğuran qalstuku gözoxşayan kostyumu ilə bir-birini üzvi şəkildə tamamlayırdı. Əl atıb tərini silmək üçün cibindən çıxardığı dəsmalı isə İspaniya istehsalıydı. Qolundakı saat da nadir matahlardan sayılırdı, fransızların İsveçrədə iş quran “Jacgues Lemans” firmasına aid idi. Onun şişman əl çantası da hansısa tanınmış xarici şirkətin məhsuluydu. Özündənrazı bu zatın üstündəki geyimlərin qiyməti heç də altındakı maşının dəyərindən geri qalan deyildi. Ələsgər nəinki qohum-əqrabasının, hətta, simsarlarının da var-yoxunu satıb pula çevirsəydi belə çətinki, bu hampanın bığının altından keçə biləydi. Onun işi Allaha qalmışdı.
“Bentli”nin sürücüsünün yaxınlaşdığını görən Ələsgər tələm-tələsik maşınından düşdü. Qarşısındakının tövründən az qala hürkə.
- Əşi, nevezuxadı, neyləyim oldu da, davay bıstro podoydi poqovorim, vsyo budet okey...
- Sən Allah üzrlü say, fikirliydim, tələsirdim...
- Çudak, ne nado rola girmək, skazal je za vsyo zaplaçu kak palojeno... Ponimayu, arxadan vurmuşam, ya vinovat...
- Vallah, utandığımdan yerə girirəm, bağışla...
- Ay kişi, sən nə təhər adamsan, indi politsiya gələcək, eta tebe nado, ti toje mne... U tebya mersik da, al bu on mini, – deyə əl çantasından bir dəst yüzlük dollar çıxarıb Ələsgərə uzatdı. Tezcənə də fikirini dəyişdi, - xoroşo, bundan sənə maşın çıxmaz, beri etovo toje, istəyirsən düzəltdir, ya da bir-iki il işlənmiş təzəsini götürə bilərsən, tvoye delo, eto mne ne kasayetsya. – Bir yüzlük dollar dəstini də əlavə elədi.
Şahidi olduqlarından gözlərini matdım-matdım döyən Ələsgər sanki yuxudaydı. Pulları nə vaxt qamarladığından xəbəri olmadı. Allah imkansızlığın üzünü qara eləsin.
- Vallah, xəcalət verirsiniz, - Ələsgərin dili güclə söz tutdu. Bədahətən əlini gicgahına apardı, alnındakı çapıqdan süzülən qanı yalnız indi sezmişdi.
- Nu, xvatit je, gözümə soxma bunu, za eta toje zaplaçu, - deyib yenə əlini çantasına atdı. Daha bir yüzlük dəstini Ələsgərə uzatdı. – Beri, pomoyemu xvatit, ev həkimin var da naverno, intellegent adama oxşayırsan. Ne day Boq, birdən çaşıb bolnitsaya-zada gedərsən ha...
- Yox, yox, qətiyyən narahat olmayın, tanış həkim var, ona göstərəcəm...
- Viju, normalnı adama oxşayırsan, - sanki, Amerikanın pul çap eləyən maşını Əliqulunun ixtiyarındaydı, əlini şəstlə bir daha çantasına atdı. - Al bu paçkanı da, özünə maya qoyandan, maşınını təzələyəndən sonra dostlarını başına yığıb tselıy qod necə lazımdı kayf eləyərsən, stressini çıxardarsan... Nu kak, dovolen, doqovorilis?
- Hə, şey qaydasında, Allah canınıza sağlıq versin. Düzü, elə bil yuxudayam, baş verənləri hələ də axıra qədər qana bilmədim...
- Davay, əngə vermə, potom pozdno budet, seyças politsiya padyedet... Beri svoyu maşinu, tez sür qabaqdakı praflaktoriyaya, orda lyuboy zapçastın rodnoyu var... Skajiş, Əliqulu müəllim poslal, vsyo budet vporyadke... Politsiya mənlikdir, ne bespokoysya... Nu davay je duy otsyuda, çeqo jdyoş yeşyo... Siz də dağılışın, nədi avariya-zad görməmisiniz, toje mne, - deyə amiranə şəkildə ətrafdakılara çımxırdı. Kimsə cınqırını çıxarmadı, dağılışmağa başladılar.
- ...
Sağollşmağı belə unudan Ələsgər dabanına tüpürüb “Mersedes”ini sürətlə yerindən tərpətdi. Yoldaca maşınındakı tibb çantasından çıxardığı pambığı yoda batırıb yarasına əl gəzdirdi, zədələndiyi bilinməsin deyə üstünə leykoplastır yapışdırdı. Bir göz qırpımında özünü avtomobil təmiri məntəqəsinə yetirdi. Hadisə şəhərin kənar hissəsində baş verdiyindən yol polisi qəzadan xəbər tutunca gec oldu. Lap xəbər tutsaydılar da hamıya bəlliydi ki, Əliqulu müəllim heç nə olmayıbmış kimi hər şeyi qaydasına qoyacaqdı. Əslində qəzaya uğrayan avtomobillər də sən deyən lap elə bərk əzilməmişdi.
Əliqulu müəllimin adını eşidincə maşın ustalarının çöhrəsi sanki pöhrələndi. Anındaca müdirin özü çim yağ daman Ələsgərin başının üstünü kəsdirdi. Xeyli çək-çevirdən sonra razılaşdılar ki, ustalar iki min beş yüz dollara “Mersedes”i mataha çevirəcəklər, hətta, almanların özü də yəqinki bu avtomobilə həsəd aparacaqlar. Az qala, Ələsgər nə hayda olduğunu unuda. Düzü, onu günahlandırmaq da olmur. Bu, pul ki var ey, yaman köpəyoğlu şeydi də. Nəhayət, maşını ilə bağlı sövdələşməni bitirər-bitirməz qaranəfəsə banka sarı götürüldü. Dimdik görkəm alaraq yüzlük dollarları oğulcasına sayıb təkcə borcunu yox, məhkəməni də bağladı. Onca dəqiqənin içində bankın işçiləri şikayətlərini geri götürüb dedilər ki, a kişi səndən yoxdu ey, sən hara, məhkəmə hara, bir qələtdir eləmişik bizi bağışla.
Bu Ələsgər qəribə məxluqdur, ondan heç cür baş açmaq olmur. İndilərdə ilan ağzından qurtulmağına sevinmək əvəzinə fikri-zikri qalıb o Əliqulunun yanında. Bəs görəsən, onda öz dilimizdə qol-qabırğasını sındırdırmaqla tələffüs elədiyi o üç-beş kəlmədən başqa milli nəsə var?..
Əslində, yol qəzasını özü törətdiyi halda Əliqulunun xamlığı ucbatından bu məsuliyyətdən yan ötmüşdü. Onun yerinə başqası olsaydı, “bəxtim yamanca gətirdi”,- deyə çırtma vuraraq qol qaldırıb süzərdi ki, ay can, ay can, günahkar olmağım bir yana, heç nədən bütün borcumu bağladım, məhkəmə biabırçılığından qurtuldum, üçotaqlı evim yerində, tezliklə avtomobilim də cağbacağ təmirdən çıxacaq, hələ üstəlik dollarları bizimkinə çevirəndə əlimdə də nağd otuz min manatdan çox pul qalacaq. Ədalət naminə onu da unutmayaq ki, öz qələtinə görə Ələsgər ürəyində ötən müddətdə dəfələrlə Tanrıdan üzr istəmişdi. Pis adam deyildi, nə olar, həyatdı da, kişinin başına iş gələr. Görünür, Allahın yanında üzüqara olmayıb deyənə xəta-bəla son anda da olsa ondan sovuşdu. Bunu bir təhər başa düşdük. Di gəl, hər şey necə lazımdı ötüşəndən sonra onun Əliqulunun millilik səviyyəsini araşdırmaq eşqinə düşməyinə bilmirsən nə ad qoyasan?
Xeyri yoxdu, bankdan evinə piyada dönən Ələsgər yolboyunca beyninə zərrəcə olsun aman vermədi. İstəyinə bir də yaşadığı binanın kandarında çatdı. Aha tapdım, Əliqulunun sürücülük vəsiqəsi yüz faiz bizlikdir, heç o yan, bu yanı yoxdur. Onun sürücülük vəsiqəsi sırf millidir, özümüzünküdür. Eləmədi tənbəllik, ürəyinə gəldi ki, diplomu da olmamış olmaz, o da yəqinki qəlpdir. Buna da söhbət ola bilməz... Orası elədir, amma Ələsgərin ağlına o da gəlməliydi ki, vecinə almadan dəst-dəst dollarları sağa-soğa xərcələmək də bizimkilərlikdir. Əcnəbi köpək uşağı bu qələti eləyə bilməz. Axı, öz aramızdır, nə təhər eləsin? Gərək, bu zəhirmardan göydəndüşmə bağlama-bağlama gəlsin ki, sən də ağına-bozuna baxmadan paçka-paçka səpələyəsən.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır