00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

24 il gecikən məktub
Tarix: 11-04-2018 20:47 | Bölmə: Zaur ƏHMƏD

Aprel… Bəlkə bu ayın adını dəyişək. Hüzn, qürur, şərəf, acı, qələbə, zəfər, bəlkə şəhidlər… Hamısı var bu ayda.
Apreldə Atam dünyaya gəlib. 35 il sonra, elə aprel ayında bu dünyadan Şəhidlər diyarına köçüb. O diyara ki, orda cəsarət, vətən sevgisi, qeyrət, milli ruh keçərlidir. O diyara yalnız bu keyfiyyətləri olanlar köçür. Özü də şəhid olduqları an necə idilərsə, o cür də qalırlar. Nə qocalırlar, nə gəncləşirlər. Zahirən hər kəs nurlu olur. Nurlu insanlar diyarı. Yox, nə insan? ŞƏHİDLƏR diyarı…
Düz, 24 ildir aramızda deyil Atam. Amma ruhu bizimlədir, mənimlədir. Bəzən elə qürurlu, cəsarətli, qeyrətli, güclü, nurlu oluram ki… Özümə də qəribə gəlir ki, bu, mənəmmi? Təbii ki, mən təklikdə elə olammıram. Atamın şəhid ruhu ruhuma toxunur, "yanındayam”,- deyəndə sanki başqalaşıram, güclənirəm, təmizlənirəm…
24 il… Bu illərin çoxu ağır keçib. İlk vaxtlar qürur duyacaq anlayışda deyildim. Amma nəsə onun ölmədiyini hiss edirdim, yoxluğuna başqa anlam verməyə çalışırdım. Həyat hər şeyi anlatdı, zaman hər anı ilə gerçəyi göstərdi.
Ata… Daha sən yoxsan da demək olmur. Varsan axı. Sadəcə, biz görmürük. Zirvədəsən, ucalardan ucasan, əlçatmazsan. Yerin bəlli, yurdun bəlli. Dedim axı, Şəhidlər diyarı. Bəlkə də cənnət…
Sənə nə məktub yazım, nə xəbər edim, zatən zirvədən hər şeyi görürsən.
Biz üzü zirvəyə baxa bilmirik. Hansı üzlə baxaq axı? Yanına gəlməyə üzümüz yox. Sənin yanına başıaşağı gəlməkmi olar? Deməzmisənmi ki, bu 24 ildə qeyrətinizə necə sığışdırıb Vətəndə vətənsiz olmusunuz? Ya ölün, ya da…
Bəlkə də elə buna görə 24 ildə sənə yetişməyən məktublar yığılıb üst-üstə. Sən qeyrətinə vətənsizliyi sığışdırmayan adamlardan oldun. Odur ki, zirvədəsən. Biz isə hələlik buyuq…
Hər kəsə atasından miras qalır. Var-dövlət qoyanlar oldu – yedin, içdin, xərclədin. Vəzifə verənlər oldu – zaman gəldi taxtdan düşdün.
Amma Şəhid oğlu adı nə tükənər, nə də kimsə səni ondan məhrum edə bilər. Əsl miras budur. Mənə qoyub getdiyin bu miras yeddi arxadönənimə də bəsdir. 24 ildir bu miras zərrə qədər də azalmayıb. Sanki hər gün daha artır.
Ruhun şad olsun! Allah o zirvəyə ucalmağa layiq olmağı qismət eləsin ki, hüzuruna başıdik gəlim…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər