Atom Elektrik Stansiyası cinayətkarların əlindəymiş
Tarix: 14-07-2016 17:44 | Bölmə: Cəmiyyət


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı araşdırma aparıb. İstintaq AES üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktlarını araşdırıb.

Reyting.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar.
İstintaq zamanı "Metsamor" AES-in baş direktoru Q.Markosyan, kommersiya direktoru R.Movssesyan, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini M.Movsisyan və təmir şöbəsinin rəisi E.Kazaryanın cinayətkar qruplaşma yaratdıqları müəyyən edilib.
Məlum olub ki, dəstə üzvləri vəzifələrindən su-istifadə edərək, külli miqdarda vəsaiti mənimsəyblər. Dövlətə vurulmuş ziyanın 783 milyon 586 min dram təşkil etdiyi bildirilir.

 





Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}