Nazir müşavirlərini və idarə rəislərini işdən çıxardı
Tarix: 05-02-2016 15:28 | Bölmə: Gündəm / Xəbərlər


Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-yə endirib.

Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.

Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.

Digər məlumatda isə Vergilər Nazirliyində daha bir kadr dəyişikliyinin baş verdiyi bildirilir.

Məlumata görə, Rəhim Əfəndiyev nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi təyin edilib. Bu təyinata qədər R.Əfəndiyev vergilər nazirinin müşaviri olub.

Qeyd edək ki, bu vəzifəni əvvəllər Məhəmməd Balaqadaşov icra edib. M.Balaqadaşov Maliyyə-təsərrüfat idarəsinin rəis müavini təyin edilib.

Nazirlikdə kadr dəyişikliyi bununla yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ.Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}