12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
“Komandamdan daha yaxşı oyunlar gözləyirdim” - Baş məşqçi
Tarix: 25-02-2016 15:53 | Bölmə: İdman


"İlk oyunda futbolçularda həyəcan vardı. Bununla belə, ilk 20 dəqiqədə yaxşı oynadığımızı düşünürəm. Ancaq sonradan yarımmüdafiənin mərkəzində buraxdığımız səhvlər qapımıza daha çox hücumla nəticələndi və rəqib imkanlardan istifadə edib qələbə qazandı".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Macarıstanın U-17 millisinə uduzduqları oyundan sonra deyib.
S.Əsgərov komandasından daha yaxşı oyunlar gözlədiyini bildirib:"İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik.Təəssüf ki, son nöqtəni qoya bilmirdik. İlk oyunla müqayisədə rəqib daha az hücum təşkil etdi. Belə hücumların birində standart vəziyyət zamanı səhv etdik və qol buraxdıq. Komandamız yenidən formalaşıb və müəyən səhvlər etməsi normaldır. Amma ümumi götürdükdə, komandamdan daha yaxşı oyunlar gözləyirdim”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}