Konfrans Liqası: “Fənərbağça” bu gün yunan komandası ilə "döyüşəcək"
Tarix: 18-04-2024 10:17 | Bölmə: İdman
Konfrans Liqası: “Fənərbağça” bu gün yunan komandası ilə "döyüşəcək"

Bu gün Türkiyənin “Fənərbağça” komandası UEFA Avropa Konfransı Liqasının 1/4 final cavab oyunu çərçivəsində Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun Bakı vaxtilə saat 23.00-da başlayacaq.

Matçı almaniyalı referi Tobias Ştieler idarə edəcək.

Xatırladaq ki, ilk oyunda İstanbul komandası uduzub - 3:2.

Məlumata görə, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Fənərbağça": Livakoviç, Osayi, Djiku, Becao (Çağlar), Ferdi, İsmail, Fred, Şimanski, İrfan Can, Tadiç, Dzeko.

"Olimpiakos": Tzolakis, Rodinei, Ntoi, Carmo, Ortega, Chiquinho, Hezze, Masouras, Podence, Fortounis, El Kaabi.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}