Rusiyalı milyarderlər dünyada hamıdan sürətlə varlanırlar
Tarix: 19-10-2018 13:26 | Bölmə: İqtisadiyyat
Rusiyalı milyarderlər dünyada hamıdan sürətlə varlanırlar

Rusiyalı milyarderlər dünyada hamıdan sürətlə öz var-dövlətlərini artırırlar.

Reyting.az bildirir ki, “Bloomberg”in məlumatına görə, son 12 ayda Rusiyanın on ən varlı adamı öz imkanlarını orta hesabla 10,8 faiz artırıblar.

Ardınca amerikalılar (7,5 faiz) gəlir.

On ən varlı britaniyalının varidatı bu müddətdə 3,4 faiz çoxalıb.

Rusiyalı milyarderlərinin bu uğurunun səbəbi neftin qiymətinin birdən artması ilə izah olunur.

Hamıdan çox gəliri artanlardan biri “Novatek”in sahibi Leonid Mixelsondur. (ildə əlavə olaraq 4,3 milyard qazanıb).

“Novatek”in digər səhmdarı Gennadi Timçenko 4 milyard və “LUKoyl”un sahibi Vahid Ələkbərov 3,5 milyard qazanıblar.

Ən pis göstərici Çİndə olub. Bu ölkənin ən imkanlı vətəndaşının gəliri bir ildə orta hesabla 27 faiz azalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}