Məşhur şirkət Rusiyadakı aktivlərini satıb
Tarix: 15-04-2024 17:47 | Bölmə: İqtisadiyyat
Məşhur şirkət Rusiyadakı aktivlərini satıb

“Auchan” qrupuna daxil olan Fransanın “Ceetrus” şirkəti Rusiya aktivlərini satıb.

Reyting.az
xəbər verir ki, ilkin alqı-satqı müqaviləsi ötən ilin oktyabrında imzalanıb.

2023-cü ilin sonunda Hüquq Komissiyasından və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətindən əməliyyatın həyata keçirilməsi üçün icazə alınıb və 2024-cü ilin martında notarial qaydada təsdiq edilib. “Ceetrus”-a məxsus ticarət komplekslərinin yeni sahibi “Trading Galleries” şirkəti olub. Onun əsas sahibi Tagir Şaymərdanovdur.

Açıq mənbələrin məlumatına görə, iş adamı Şaymərdanovun 23 yaşı var. Məlumdur ki, gənc biznesmen Voykovskayadakı “Outlet Central”, “Outlet North-West” və “Business Center” şirkətlərinin də sahibidir.

Qeyd edək ki, “Ceetrus” Fransanın “Auchan” qrupunun bir hissəsidir, 2018-ci ilə qədər “Immoauchan” adlanırdı. “Ceetrus” Qərbi və Şərqi Avropanın 10 ölkəsində 285 pərakəndə satış obyektini idarə edir. Rusiya Federasiyasına gəldikdə, söhbət, xüsusən də Moskva, Volqoqrad və Sankt-Peterburqda yerləşən 40 ticarət mərkəzi və qalereyadan gedir.

“Auchan” hipermarketlər şəbəkəsi Rusiya ilə əməkdaşlığa görə genişmiqyaslı müharibə başlayandan bəri dəfələrlə tənqid olunub. Keçən il Ukrayna hətta onu Rusiya təcavüzünün beynəlxalq sponsorları siyahısına da salmışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər