Aqrar sığorta sahəsində hesabatlılıq pozulub
Tarix: 15-04-2024 16:34 | Bölmə: İqtisadiyyat
Aqrar sığorta sahəsində hesabatlılıq pozulub

Azərbaycanda aqrar sığorta sahəsinin hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib.

Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, auditlə toplanmış sübutlar auditlə əhatə olunan dövrdə istər Aqrar Sığorta Fondu, istərsə də İdarəedici Qurum tərəfindən sığorta fəaliyyətinin hesabatlılığını tənzimləyən hüquqi aktların tələblərinə əməl edilməyərək məcmu kapitalın (sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləğinin) hesablanmasının təmin edilmədiyini göstərib ki, bu da aqrar sığorta üzrə sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməməsi deməkdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər