23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycandan Rusiyaya yun ixracına başlayıblar
Tarix: 11-12-2018 17:23 | Bölmə: İqtisadiyyat
Azərbaycandan Rusiyaya yun ixracına başlayıblar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub. İxracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib. Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib.

İİTKM-dən Reyting.az-a verilən məlumata görə, l qrup əlil olan Ə. Şirinli ona uğur qazandıran Azexport.az portalı ilə əməkdaşlığı cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər barədə məlumat, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə. Şirinli portalla əməkdaşlığını davam etdirəcəyini və ixracın həcmini daha da artıracağını bildirib. Onun sözlərinə görə, ixracdan əldə etdiyi gəlir ilə mövcud istehsal sahəsini genişləndirəcək və yeni iş yerləri yaradacaq.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. Azexport.az portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.

Azexport portalının rəhbəri Zaur Qardaşov da əlavə edir ki, ixraca və ümumilikdə biznesə ölkəmizdə yaradılan şərait bu gün imkan verir ki, istək, niyyət və işgüzarlıq varsa hər kəs özünə yüksək gəlir mənbəyi təmin edə bilər, hətta fiziki məhdudiyyətli insanlar da. Yəni Azexport portalı hər kəs üçün bərabər imkanlar yaradır. Bundan başqa, Azexport bir rəqəmsal platforma olaraq, sahibkarlara xarici bazara çıxmaqla yanaşı onlara ixrac icazələrinin alınması, logistika, marketinq və digər məsələlərdə də dəstək olur. İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ Azexport-un fəaliyyətinin əsas istiqamətlərindən biridir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}