Hökumət yoxsulluqla bağlı yalan məlumat yayır - İqtisadçı
Tarix: 05-03-2019 23:28 | Bölmə: İqtisadiyyat
Hökumət yoxsulluqla bağlı yalan məlumat yayır

Rəsmi rəqəmlərə görə Azərbaycanda yoxsulluq həddində yaşayanlar əhalinin 5,1 faizini təşkil edir. Müstəqil ekspertlər isə hökumətin yaydığı bu rəqəmləri ciddi qəbul etmirlər.

Reyting.az
-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli deyib ki, hökumətin yaydığı bu rəqəmlərə baxan dünya bizə qibtə edir, ah çəkir, köks ötürür. Çüki bu göstərici Latviyada – 27 faiz, Rumıniyada – 24 faiz, Bolqarıstanda – 22 faiz, Litvada – 21 faiz, Almaniyada – 16 faiz, İsveçdə – 13 faiz, Danimarkada – 13 faiz, Avstriyada – 12 faiz, ABŞ da isə 20 faizdən çoxdur.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan hökuməti hansı foksu göstərib ki, rəqəmlər belə alınıb:

"Çox sadə - yoxsulluq həddi indikatorları köhnədir, real deyil, çox aşağı göstəricilərlə hesablanır. Məsələn, Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar, yəni 1900 manatdan aşağı gəliri olan yoxsuldur. Bizdə isə 1900 manat maaş almaq, pul qazanmaq istəyən “dayday” axtarır ki, onu belə maaşı olan işə düzəltsin.

Ya da, ABŞ-da illik gəliri 20 min dollardan az olanı yoxsul sayırlar. Yəni, ildə 34000 min, ayda 2830 manat qazanana kasıb deyirlər, bizdə isə aya 2830 manat qazanana, "Halaldı, bravo, uşaqda fərasətə bax", - deyib, onunla qohum olmaq istəyirlər, elə kürəkən, ya gəlin axtarırlar. Yəni bizdə hökumət "rəqəmlərlə rəqs edərək" yoxsul insanların ümumi əhaliyə nisbətən sayını Amerikadan, Almaniyadan az çıxardır”.

N. Cəfərli bildirib ki, Azərbaycanda yoxsulluq həddi 500 manat, 4 nəfərlik ailə üçün 2000 manatdan hesablansa, ölkənin 70-80 faizi yoxsulluq həddinə düşər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}