Sahibkarlarla növbəti görüş keçirilib - Fotolar
Tarix: 08-02-2017 17:33 | Bölmə: İqtisadiyyat

Sahibkarlarla növbəti görüş keçirilibİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) region sahibkarları ilə görüşləri davam edir.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, bu dəfəki görüş Sumqayıt, Abşeron və Xızıdan olan sahibkarlarla keçirilib.

Sumqayıtda təşkil olunan görüşdə rayon və şəhər icra hakimiyyətlərinin rəhbərliyi də iştirak edib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, iqtisadi təhlükəsizlik, yaxşı infrastruktur və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafı üçün fundamental zəmindir.

İcraçı direktor vergi və gömrük gömrük islahatları, həmçinin investisiya və ixrac təşviqi sahəsində aparılan islahatlardan da danışıb.

V.Qasımlı bildirib ki, bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.

Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib.

Görüşdə iştirak edən 70-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.

Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.

Azexport.az komandasının həm Bakıda, həm də bölgələrdə sahibkarlarla görüşləri davam etdirəcək.

Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}