23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Ölkəyə milyonlarla əlavə ixrac valyutası gətirilir” - Məmməd Musayev
Tarix: 10-07-2017 16:28 | Bölmə: İqtisadiyyat

Azexport portalının fəaliyyətə başladığı 6 ay ərzində 192 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olub. İlk yarımildə Azərbaycandan qeyr-neft ixracının 1/5-dən dəçox artmasında Azexport xüsusi rol oynayıb. Hətta bəzi məhsullar Azexportdan öncə satıldığından daha baha qiymətə satılıb.

Reyting.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, "Elektron ticarət platforması - "Azexport” portalının yaradılması Azərbaycanda ixracata böyük dəstək verib:

"Azexport” portalı ilə əməkdaşlığa başladığımız vaxt pambıq mahlıcının ixrac satış qiyməti təxminən 1300-1350 ABŞ dolları dəyərində idi. Azexportun sayəsində hazırda bu qiymət 1750 ABŞ dollarına qədər yüksəlib və bu artımın davam edəcəyini gözləyirik. Beləliklə, Azexportun tapdığı xarici müştərilər sayəsində mahlıcın hər tonu 400-450 ABŞ dolları və ya 1/3-ə qədər baha satılmaqla ölkəyə milyonlarla əlavə ixrac valyutası gətirilir”.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}