13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
Elman Rüstəmov banklardan 700 milyon manat girovsuz kredit götürüb - Növbəti maliyyə qalmaqalı
Tarix: 10-09-2017 14:30 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov banklardan 700 milyon manat girovsuz kredit götürüb

Beynəlxalq Bankı və ölkənin başqa əsas banklarını dağıtmış kredit oliqarxları ilə bağlı məsələ öz həllini tapmayıb. Xatırladaq ki, “böyük neft pulu illəri”ndə bir çox banklar maliyyə-kredit sisteminə məsuliyyətsiz münasibət nəticəsində talanıb və boşaldılıb.

Reyting.az saytı virtualaz.org-a istinadla xəbər verir ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da kredit oliqarxı hesab edilə bilər. Demə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Bu, devalvasiyadan əvvəlki məzənnə ilə təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb.

Azərbaycan iqtisadiyyatının kreditləşməsinə və yeni layihələrin həyata keçirilməsinə xüsusi ehtiyac duyulduğu, iqtisadi və maliyyə böhranının yaşandığı bir dövrdə Mərkəzi Bank başçısının təşəbbüsü çox qəribə görünür və təəccüb doğurur.

Reyting.az



252 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
9-06-2017, 10:21 Daha iki bank birləşib