Gömrük rüsumlarında yenidən dəyişiklik edilib
Tarix: 27-11-2017 15:51 | Bölmə: İqtisadiyyat
Gömrük rüsumlarında yenidən dəyişiklik edilib

Azərbaycana idxal edilən partlayıcı maddələrə tətbiq olunan idxal gömrük rüsumları artırılıb.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hərbi məqsədlər istisna ilə, digər hallarda ölkəyə gətirilən barıt, barıtdan başqa hazır partlayıcı maddələr, odkeçirən naqillər və detonasiya naqillərinə 3 faiz idxal gömrük rüsumu tətbiq edilir.

Yeni qərara əsasən gələn il yanvarın 1-dən bu partlayıcı maddələrə 5 faiz idxal gömrük rüsumları tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıt idxal gömrük rüsumundan azaddır. "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumunun tətbiq edilməməsi qüvvədə saxlanılıb.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}