Fermerlərə maliyyə yardımı ayrılacaq - Qərar
Tarix: 18-08-2018 00:52 | Bölmə: İqtisadiyyat
Fermerlərə maliyyə yardımı ayrılacaq

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə, istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Reyting.az xəbər verir ki, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf mərkəzlərinin 28 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Fermerlərə maliyyə yardımı ayrılacaq

Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 247625 istehsalçıya 832490,63 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 57522199,5 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, "Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib.

Beləliklə, ümumilikdə, Respublika Komissiyası 2018-ci ildə 57 rayon (şəhər) üzrə 391927 istehsalçıya 1211496,64 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83922088,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}