"AzerGold" qızıl və gümüş sikkələr istehsalına hazırlaşır - Əziz Xəlilov
Tarix: 31-08-2018 16:34 | Bölmə: İqtisadiyyat
"AzerGold" qızıl və gümüş sikkələr istehsalına hazırlaşır

Dövlətə məxsus "AzerGold" QSC nəcib metal külçələrinin hazırlanması üzrə tender elan edib. Şirkət seçimini bu ilin oktyabr ayında edəcək.

Reyting.az
xəbər verir ki, qızıl hasil edən şirkətin mətbuat katibi Əziz Xəlilov bunun əlaqədar “Turan”ın suallarını cavablandırıb.

- Hansı hökumət sənədinə əsasən qızıldan və digər nəcib metallardan sikkələrin hazırlanması planı həyata keçirilir? Bu buraxılış nə məqsəd daşıyır?

- Pul və sikkələrin hazırlanması planı "AzerGold" QSC-nin inkişafı strategiyası əsasında həyata keçirilir. Onların hazırlanması yerli və beynəlxalq bazarda qızıl hasil edən ölkə kimi tanınmaq, həmçinin "Made in Azerbaijan" brendinin təbliği ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstək göstərmək, həmçinin daxili bazarın inkişafı məqsədi güdür. 999.9 əyarlı külçə və sikkələrin hazırlanması və onların "AzerGold" brendi altında təqdim edilməsi təkcə yerli bazarda malların müxtəlifliyini genişləndirməyəcək, həmçinin əlverişli iqtisadi münasibətlərin formalaşması üçün təkan olacaq. Layihənin ilkin mərhələsi uğurla nəticələnəcəyi halda məhsul portfelinin artırılması və bazarda yeni məhsul qrupunun təklif edilməsinə dair işlər başlaya bilər.

- Hansı nominalda və sayda sikkələr buraxılacaq?

- Nominal dəyəri olmayan qızıl və gümüş sikkələrin çəkisi 5, 10 və 20 qram olacaq. Qızıl külçələr də 5, 10 və 20 qram olacaq. Birinci partiyanın ümumi sayı 4000 ədəddən çoxdur. Elan edilən tenderdə qalib gələn külçə və sikkələr affinaş şirkətlər tərəfindən müvafiq keyfiyyət sertifikatı ilə təmin ediləcək.

- Onların tərtibatı məsələsi həll olunubmu və mətbuata nümunələr barədə danışmaq olarmı?

- Qızıl və gümüş sikkələrin istehsalının ilkin mərhələsində üç müxtəlif dizaynda "Heydər Əliyev Mərkəzi", "Qobustan", "Çələbi" Qarabağ xalçalarının ornamenti satışa buraxılacaq. Bütün məhsullarda bunun Azərbaycan qızıl/gümüşü olduğu qeyd ediləcək. Külçə və sikkələrin ilk partiyasının hazırlanmasından sonra "AzerGold" QSC ictimaiyyətə geniş məlumat təqdim edəcək. скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}