Rusiyanın ən populyar jurnalistləri - Fotolar
Tarix: 22-10-2018 11:07 | Bölmə: Xəbərlər
Rusiyanın ən populyar jurnalistləri

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın ən populyar jurnalisti olub.

Reyting.az bildirir ki, bu, SİRKON tədqiqat qrupunun məruzəsində qeyd edilir.

Məlumata görə, Rusiya auditoriyası Andrey Malaxova və Vladimir Poznerə də hörmətlə yanaşır.

Rusiyanın ən populyar jurnalistləri

Bununla belə, respondentlərin 51 faizi özləri üçün avtoritet saydıqları bir jurnalistin adını çəkə bilməyiblər.

Bundan əlavə, tədqiqatçılar rusiyalıların müxbirlərin qiymətləndirilməsi üçün hansə dəyəri vacib saydıqlarını da müəyyən ediblər.

Rusiyanın ən populyar jurnalistləri

Belə ki, respondentlərin 79 faizi cavab kimi cəsarətliliyi, 77 faizi yumor hissini və 75 faizi inadkarlığı seçiblər.

Tədqiqat 18 yaşdan yuxarı 1604 rusiyalı arasında keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}