Saxta pul hazırlayan ana və oğlu tutuldu - Fotolar
Tarix: 04-11-2018 18:47 | Bölmə: Xəbərlər
Saxta pul hazırlayan ana və oğlu tutuldu

Nəsimi rayonunda yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeron rayonunda saxta pulla vətəndaşları aldatdıqlarına görə saxlanılıblar.

Reyting.az “reporta”a istinadən bildirir ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində işlədiyi şirniyyat mağazasında əvvəllər tanımadığı bir qadının ona 50 manatlıq saxta pul, digər vətəndaş Adilə Sadıqova isə Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verməsi barədə polisə məlumat veriblər.

Saxta pul hazırlayan ana və oğlu tutuldu

Aparılan əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törədən ana və oğlu elə isti izlərlə tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı onların yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Saxta pul hazırlayan ana və oğlu tutuldu

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ailənin digər üzvü Yusif Əsgərov da həmin cinayət əməlinə görə məhkum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}