ABŞ dinc sakinlərin evini bombalayaraq 26 nəfəri öldürüb
Tarix: 10-11-2018 07:36 | Bölmə: Xəbərlər
ABŞ dinc sakinlərin evini bombalayaraq 26 nəfəri öldürüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasiyasının cümə günü Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatın itirib.

Bu barədə Suriyanın insan haqlarına riayət olunmasına nəzarət Mərkəzinə istinadən "Al-Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, koalisiya təyyarələri İŞİD qruplaşmasının ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.

Qeyd edək ki, bundan əvvəl Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürüldüyü bildirilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}