12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Keçmiş prezident başqa ölkədən sığınacaq istədi
Tarix: 19-11-2018 10:36 | Bölmə: Xəbər lenti
Keçmiş prezident başqa ölkədən sığınacaq istədi

Perunun keçmiş prezidenti Alan Qarsiya Uruqvaydan sığınacaq istəyib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, Perunun Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qarsiya hazırda Uruqvayın Limedəki səfirinin iqamətgahındadır.

“Xarici İşlər Nazirliyi xəbər verir ki, Uruqvay respublikasının səfiri bu səhər Perunun eks-prezidenti Alan Qarsiya Peresin ötən həftənin şənbə günü axşam onun iqamətgahına daxil olduğunu bildirib. Keçmiş prezident bu ölkədən sığınacaq istəyib”, - nazirliyin məlumatında vurğulanır.

Perunun sabiq prezidenti Alan Qarsiya korrupsiyada şübhəli bilinir. Ölkə prokurorluğu keçmiş prezidentin Braziliyanın Odebrecht tikinti şirkətindən 100 min dollar məbləğində rüşvət alması haqda sübutlar yayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər