Hava kəskin dəyişəcək - Xəbərdarlıq
Tarix: 11-12-2018 14:26 | Bölmə: Xəbərlər
Hava kəskin dəyişəcək

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}