Cəbrayılın sabiq icra başçısı vəfat edib
Tarix: 07-01-2019 08:37 | Bölmə: Xəbərlər
Cəbrayılın sabiq icra başçısı vəfat edib

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də səhər saatlarında dünyasını dəyişib.

Reyting.az-ın xəbərinə görə, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb. 18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

M. Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}