Ramazan ayının başlanma tarixi açıqlandı
Tarix: 18-04-2019 12:10 | Bölmə: Xəbərlər
Ramazan ayının başlanma tarixi açıqlandı

Azərbaycanda Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edəcək.

Reyting.az ona-ya istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib.

Onun sözlərinə görə, may ayının 5-i axşamı niyyət axşamı, 6-sı Ramazan ayının birinci günüdür: “Ramazan təqviminə əsasən, mayın 6-sı Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır. Yəqin ki, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}