Terrorçular 30 milyondan çox insanı öldürmək istəyir - Bill Qeyts
Tarix: 19-02-2017 12:22 | Bölmə: Xəbərlər

"Terrorçular 30 milyondan çox insanın ölümünə səbəb olacaq təhlükəli virusların yeni növlərini yarada bilərlər”.

Bunu "Microsot” korporasiyasının təsisçisi Bill Qeyts Münhen Təhlükəsizlik Konfrasında bildirib.

Onun sözlərinə görə, terrorçuların biomühəndislik metodu ilə süni şəkildə təhlükəli qrip ya da başqa epidemiyalar yaratmaq şansları var.

Bill Qeyts xatırladıb ki, 1918-1919-cu illərdə "İspan qripi” pandemiyası dünyada 50 milyondan çox insanın həyatına son qoyub.

"İndi də qlobal pandemiyaya hazırlıq olduqca vacibdir. Nüvə təhlükəsindən uzaqlaşmaq və iqlim dəyişikliyi ilə əlaqədar faciəli hadisələrin çoxalmasının qarşısını almaq lazımdır. İnnovasiyalar, əməkdaşlıq və dəqiq planlaşdırma bu riskləri xeyli azalda bilər”,-deyə o əlavə edib.

Onun fikrincə, mövcud üsul və texnologiyalar xəstəliklərin yayılma təhlükəsini aradan qaldırmağa imkan verir.(Modern.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}