"Kapital Bank"da kadr dəyişikliyi edilib - Siyahı
Tarix: 20-02-2017 11:27 | Bölmə: Xəbərlər

 

"Kapital Bank"da yeni təyinatlar olub.

Məlumata görə, "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Məmmədov, İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Reyting.az Qafqazinfo-ya istinadla xəbər verir ki, digər təyinatla yanaşı Nahid Zeynalova da yeni vəzifə verilib. O, "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı təyin edilib.

Qeyd edək ki, "Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov "PAŞA Holding”in Biznes qrupu üzrə direktoru və Holdinqin icraçı direktorunun müavini vəzifəsində də fəaliyyətini davam etdirir.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}