Nazir müavinlərinə əlavə səlahiyyət verilib - Siyahı
Tarix: 15-03-2017 15:44 | Bölmə: Xəbərlər

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurasının tərkibi açıqlanıb. Şuranın sədri maliyyə nazirinin müavini Emin Hüseynovdur. 

Müşahidə Şurasının digər üzvləri isə Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), İdris İsayev (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Comərd Əliyev və Vadim Xubanovdur (Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini).

Qeyd edək ki, Comərd Əliyev ləğv olunan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini olub.

AİF-in İdarə Heyətinin sədri Fəxri Kazımovdur. Onun müavini vəzifəsinə təyinat olmasa da, İdarə Heyətinin digər üzvü Rəhman Hümmətovdur.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2015-ci il 27 oktyabr tarixli 662 nömrəli Fərmanına uyğun olaraq səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC formasında yenidən təşkil olunub.

Ölkə başçısının 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına əsasən ASC-nin Nizamnaməsi təsdiq edilib və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 18 avqust 2016-cı il tarixində qeydiyyatdan keçib.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}