Gənc yazar intihar edib
Tarix: 16-03-2017 11:31 | Bölmə: Xəbərlər


Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Prokurorluğunun məlumatına görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İntihar edən M.Abdullayev gənc yazardır.

O, ədəbi aləmdə Mövlud Mövlud imzası ilə tanınıb və müğənni Xumar Qədimovanın bacısı oğludur.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}