Sığorta agentlərinin fəaliyyəti dayandırılıb
Tarix: 13-06-2017 15:28 | Bölmə: Xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və iki fiziki şəxsə verilmiş lisenziyalar ləğv edilib.

Reyting.az Palataya istinadla xəbər verir ki, Direktorlar Şurasının iclasında Sığorta bazarına nəzarət departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.

Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” qanunun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda, həmçinin Şahzadə Emin Şahgəldi oğlu və Qubadov Elxan İlham oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}