Nazir rəis və daha üç polisi işdən kənarlaşdırıb
Tarix: 14-06-2017 11:07 | Bölmə: Xəbərlər


Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov və şöbənin bir neçə əməkdaşı (1 zabit, 2 serjant) vəzifələrindən azad olunublar.

Xatırladaq ki, Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}