Xalq artistinin evindən seyf oğurlanıb
Tarix: 21-08-2017 12:02 | Bölmə: Xəbərlər
Xalq artistinin evindən seyf oğurlanıb
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.
Hadisə avqustun 19-da qeydə alınıb. N.Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.
Xalq artisti bu barədə polisə məlumat verib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsi araşdırma aparır.
Hadisə ilə bağlı N.Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}