Nazir 300-dən artıq müəssisəni ləğv edib – Narazılıq
Tarix: 15-09-2017 19:03 | Bölmə: Xəbərlər
Nazir 300-dən artıq müəssisəni ləğv edib

Təhsil naziri Mikayıl Cabbarov nazirlik tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması barədə əmr imzalayıb.

Məlumata görə, nazirin 233 saylı əmrinə əsasən 300-dən artıq məktəbdənkənar müəssisə ləğv olunub və onların birləşdirilməsi nəticəsində 130-a yaxın yeni müəssisə yaradılıb. Birləşmə nəticəsində kütləvi ixtisarların aparılması gözlənilir.

Məlumatda bildirilir ki, bu gün bir sıra müəssisə rəhbərləri iclas keçirərək nazirin müvafiq əmrini işçilərin diqqətinə çatdırıb və onlara könüllü şəkildə işdən çıxmaları ilə bağlı ərizə yazdırıblar.

Ləğv olunan müəssisələrdən birindən daxil olan məlumata görə, işçilərin bəziləri işdən çıxarılma haqqında ərizə yazmaq istəmədiklərini, çünki yeni yaradılan müəssisədə bir sıra ştat yerlərinin ləğv olunması səbəbindən işsiz qalacaqlarını düşünürlər. Lakin müəssisə rəhbəri onlara ərizə yazmayan şəxslərin xüsusi qərarla birdəfəlik işdən cıxarılması barədə nazirlikdən tapşırıq aldıqlarını bildirib.(Qaynarinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}