İlham Əliyev Milli Məclisə etiraz edib
Tarix: 21-09-2017 11:16 | Bölmə: Xəbərlər
İlham Əliyev Milli Məclisə etiraz edib

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklərə etirazını bildirib.

Reyting.az xəbər verir ki, bu barədə sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında məlumat verilib.

İclasda Prezidentin etirazı haqqında məsələyə baxılıb. Qeyd olunan sənədin məqsədəuyğun olmaması barədə dövlət başçısının təklifinin qəbul edilməsi qərara alınıb.

Komitə üzvləri Azay Quliyev, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Tahir Kərimli öz çıxışlarında qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar.(Mənbə: Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}