Fədayə Laçın vəkildən imtina edib
Tarix: 07-11-2017 16:51 | Bölmə: Xəbərlər
Fədayə Laçın vəkildən imtina edib

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) vəkilindən imtina edib.

Reyting.az saytı unikal.org-a istinadla xəbər verir ki, Fədayə Məmmədova dövlət hesabına təyin olunan vəkil Rəfiqə İsmayılovanın onu müdafiə etməsini istəməyib.

Artıq Fədayə Məmmədovanın yeni vəkili də müəyyənləşib. Ailəsi bir qədər əvvəl yeni vəkillə müqavilə bağlayıb. Bu şəxs 6 saylı hüquq məsləhətxanasının vəkili Türkel Süleymanlıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}