Vəkillər Kollegiyasına yeni sədr seçiblər
Tarix: 07-12-2017 10:51 | Bölmə: Xəbərlər
Vəkillər Kollegiyasına yeni sədr seçiblər

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

Məlumata görə, yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya yeni sədr seçilib.

Kollegiya üzvləri səsvermə yolu ilə kollegiyanın Rəyasət Heyərtinin üzvü, vəkİl A.Bağırovu sədr seçiblər.

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. 2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür.(APA)

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri A. Tağıyev vəzifəsindən istefa verib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}