Vizanı 3 saata almaq mümkün olacaq - Layihə
Tarix: 14-12-2017 14:42 | Bölmə: Xəbərlər
Vizanı 3 saata almaq mümkün olacaq

Azərbaycana gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən geci 3 saata qədər baxmaq mümkün olacaq.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında bununla bağlı “Turizm haqqında” qanunun 7-1 (Turizm vizası) maddəsi əlavə müzakirəyə çıxarılıb.

Layihəyə əsasən elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş gün müddətinə baxılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}