Rusiya ordusu sabahdan hücuma başlayır
Tarix: 11-04-2018 21:38 | Bölmə: Xəbərlər
Rusiya ordusu sabahdan hücuma başlayır

Rusiya ordusu sabah Suriyanın Şərqi Quta bölgəsinə daxil olacaq.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Əməliyyat İdarəsinin rəsi müavini, general Viktor Poznihir açıqlama verib.

O bildirib ki, Rusiya hərbi polisi artıq hazırdır və sabahdan kimyəvi hücum iddialarının yayıldığı Şərqi Qutanın Duma rayonuna doğru hərəkət edəcək.

Rus general bununla yanaşı, kimyəvi silah hücumu ilə bağlı sensasiyalı iddia irəli sürüb. Onun sözlərinə görə, bu hücumu Əsəd rejimi deyil, "Nusra Cəbhəsi" qruplaşmasının tərkibində hökumətə qarşı döyüşən "Ağ Beretli"lər qrupu edib.

Bu arada isə Rusiya prezidenti Putin də son günlərdəki ABŞ-ın təhdidlərinə təmkinli reaksiya verib.

O, Trampın bu gün "Hazır ol, Rusiya, çünki xoş, yeni və ağıllı raketlərimiz gəlir", - xəbərdarlığına cavabında bildirib ki, dünyadakı vəziyyət çox narahatedicidir: "Biz sağlam düşüncənin hakim olacağına ümid edirik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}