Novruz Məmmədov Mikayıl Cabbarovla bağlı qərar verib
Tarix: 07-07-2018 15:48 | Bölmə: Xəbərlər
Novruz Məmmədov Mikayıl Cabbarovla bağlı qərar verib

Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən keçmiş vergilər naziri Fazil Məmmədov İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb.

Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib.

Eyni zamanda "Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}