Dövlət qulluğuna imtahan keçiriləcək - DİM
Tarix: 23-07-2018 11:35 | Bölmə: Xəbərlər
Dövlət qulluğuna imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

Reyting.az
saytı DİM-ə istinadla xəbər verir ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Sənədlərin qəbulu 23 iyuldan 8 avqust saat 18:00-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək:

“İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır”.

Qeyd olunur ki, qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}