Politoloq: “Ərdoğanın qərarı Türkiyəni xaosa sürükləyə bilər”
Tarix: 10-04-2019 15:36 | Bölmə: Slayd
Politoloq: “Ərdoğanın qərarı Türkiyəni xaosa sürükləyə bilər”

Türkiyədə bələdiyyə seçkiləri başa çatsa da, siyasi ehtiraslar səngimək bilmir. Seçkidən sonra bu ehtiraslar daha da artıb. Artıq siyasi mübrizənin seçki məntəqələrindən küçə və meydanlara çıxma ehtimalı var.

Politoloq Xəqani Cəfərli qardaş ölkədə baş verənləri şərh edərkən Reyting.az-a deyib ki, üç böyük şəhərdə - İstanbul, Ankara və İzmirdə 31 mart bələdiyyə seçkilərini uduzan Ədalət və İnkişaf Partiyası (AK Parti) seçicilərin iradəsini qəbul etmək istəmir: “AK Parti müxtəlif bəhanələrlə seçkinin nəticələrinin elan olunmasını uzatmağa nail olub, indi də İstanbulda yenidən seçki keçirilməsini istəyir”.

Qeyd edək ki, İstanbul, Ankara və İzmirdə seçkilərin qalibi olan Cümhuriyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda yeni seçki keçirilməsinin gərəkliyi haqqında fikirlərini şərh edərkən “Yüksək Seçim Kururu alacağı bir qərarla ya Türkiyəni aydınlığa çıxaracaq ya da xaosa sürükləyəcək”,- deyə xəbərdarlıq edib.

Politoloq: “Ərdoğanın qərarı Türkiyəni xaosa sürükləyə bilər”
X. Cəfərli

Xəqani Cəfərli isə bildirir ki, bu arada məlum olub ki, ABŞ senatorları Türkiyənin bir çox rəsmilərinə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı qanunvericilk aktı hazırlayıblar: “ABŞ-ın hər iki partiyasının - respublikaçılar və demokratların təmsilçilərinin hazırladıqları qanunvericilik aktı siyasi həbslərdə, insan hüquqlarının pozulmasında əli olan bütün rəsmi şəxslərə qarşı sanksiya tətbiqini nəzərdə tutur. Dörd senatorun imzaladığı qanunvercilik aktı respublikaçı senator Roger Ficker və demokrat senator Ben Kardin tərəfindən Helsinki Komissiyasına təqdim olunub. Bu isə qanunvericilik aktının qəbul olunma ehtimalını artırır”.

Politoloq diqqətə çatdırıb ki, ABŞ qanunvericiləri uydurma erməni “soyqırımı”nı da tanımağa hazırlaşırlar: “70-dən artıq senator uydurma erməni “soyqırımı”nın tanınmasını nəzərdə tutan qanunvericilik aktını dəstəkləyiblər. Bu baş verərsə, Qarabağ probleminin həllində Azərbayanın mövqeyni daha da zəifləyəcək”.

X. Cəfərlinin fikrincə, Ərdoğan 17 illik hakimiyyətinin sonunda Türkiyəni fəlakətin bir addımlığına gətirib:

“Türk xalqı günü-gündən avtoritarlaşan Ərdoğanı dayandıra bilməsə, çox ciddi fəlakətlərlə üzləşəcək. Ötən ildən başlamış iqtisadi böhranın üzərinə siyasi böhranın da əlavə olunması ölkəni xaosa sürükləyə bilər”.

Politoloq sonda diqqətə çatdırıb ki, Türkiyə tarixinə ən uğursuz xarici işlər naziri kimi düşəcək Mövlud Çavuşoğlunun Rusiyadan yeni “SS-400” raket kompleksləri ala biləcəkləri ilə bağlı ABŞ-a hədə göndərməsi yanan odun üstünə benzin tökmək effekti verə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}