Şəhidlərimizin nəşi döyüş meydanından çıxarılıb
Tarix: 27-02-2017 17:10 | Bölmə: Xəbərlər


Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədbirlər həyata keçirilir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}