Murad Dadaşov "Maşın” realiti şousunda saxtakarlıq edir – İttiham
Tarix: 12-10-2017 10:35 | Bölmə: Şou-biznes
Murad Dadaşov "Maşın” realiti şousunda saxtakarlıq edir

Ötən gün "Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib.

Yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb. İfaçı reklam fasiləsində Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib:

"Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.

Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub. Layihənin aparıcısı M.Dadaşov ifaçının fikirlərinə etiraz edib:

"Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S.Yusifqızı 12,36 faiz “Qalsın”a səs yığaraq yarışmasını tərk edib. (Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
14-10-2017, 13:17 Səidə Sultan ər axtarır